https://sputnik.az/20211101/diyetoloq-insan-beynini-mehv-eden-gundelik-mehsulun-adini-aciqlayib-434751857.html
Diyetoloq insan beynini məhv edən gündəlik məhsulun adını açıqlayıb
Diyetoloq insan beynini məhv edən gündəlik məhsulun adını açıqlayıb
Sputnik Azərbaycan
Ginzburq vurğulayıb ki, müasir insanların qəbul etdikləri miqdarda şəkərə təbiətdə belə rast gəlinmir. 01.11.2021, Sputnik Azərbaycan
2021-11-01T08:05+0400
2021-11-01T08:05+0400
2021-11-01T08:05+0400
həkim
səhiyyə
şəkərli diabet xəstəsi
hipertoniya
diabet
karbohidrat
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888142_0:104:2000:1229_1920x0_80_0_0_072fe3feb7a13783f06f7355ec900bba.jpg
BAKI, 1 noyabr — Sputnik. Tərkibində yüksək təmizlənmiş karbohidratlar olan məhsullar bütün məməlilərin, o cümlədən insanların koqnitiv funksiyasına mənfi təsir göstərir. Bu barədə diyetoloq Mixail Ginzburq "Zvezda" telekanalında məlumat verib. Beləliklə, mütəxəssis Ohayo Universitetinin (ABŞ) alimlərtinin apardığı tədqiqat nəticələrinə bu cür şərh edib."Brain Behavior" and Immunity" jurnalında dərc olunan elmi araşdırma zamanı onun müəllifləri belə qənaətə gəliblər ki, tərkibində yüksək təmizlənmiş karbohidratlar olan qidalar (un desertləri, konfetlər, qazlı sular və souslar) yaşlı gəmiricilərdə yaddaşın pozulmasına və təlim sürətinin azalmasına səbəb olub.Mütəxəssislərin fikrincə, təmizlənmiş karbohidratlar beyində iltihaba səbəb ola bilər və nəticədə neyronlar arasında siqnalın ötürülməsinə cavabdeh olan dokozageksaen turşusunun (DHA) miqdarı azalır.Ginzburq vurğulayıb ki, müasir insanların qəbul etdikləri miqdarda şəkərə təbiətdə belə rast gəlinmir. Məhz bu səbəbdən insan və digər məməlilərin orqanizmi təkamül yolu ilə özləri üçün təhlükəsiz şəkər metabolizması yollarını inkişaf etdirməmişdir."İndi isə biz ondan (şəkər. - Red.) çox istifadə etməyə başlayanda və onun udulması ildırım sürəti ilə baş verəndə, qanda qlükozanın səviyyəsi də ildırım sürəti ilə yüksəlir, bu isə orqanizm üçün hələ də işlənib hazırlanmayıb, özümüzü bundan necə qoruyacağımızı bilmirik və hər cür xəstəliklər bundan yaranır", - deyə diyetoloq izah edib.O, qeyd edib ki, həddindən artıq şəkər qəbul etmək metabolik sindromun, hipertoniyanın, diabet xəstəliyinin, onkologiyanın inkişafını sürətləndirir, həmçinin koqnitiv funksiyalarını pozur."Şəkəri həddindən artıq qəbul edən insanlarda Altsheymer xəstəliyinə tutulma ehtimalı daha yüksəkdir və hətta onlarda beyin keyləşməsi daha tez baş verir", - deyə ekspert qeyd edib.Həkim təkcə təmizlənmiş karbohidratların deyil, həm də meyvələrin qidaya qəbul edilməsində ehtiyyatlı olmağa çağırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427888142_112:0:1889:1333_1920x0_80_0_0_2feea21c5ab7b70d02081f21e693ac5c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
həkim, şəkərli diabet xəstəsi, hipertoniya, diabet, karbohidrat
həkim, şəkərli diabet xəstəsi, hipertoniya, diabet, karbohidrat
Diyetoloq insan beynini məhv edən gündəlik məhsulun adını açıqlayıb
Ginzburq vurğulayıb ki, müasir insanların qəbul etdikləri miqdarda şəkərə təbiətdə belə rast gəlinmir.
BAKI, 1 noyabr — Sputnik. Tərkibində yüksək təmizlənmiş karbohidratlar olan məhsullar bütün məməlilərin, o cümlədən insanların koqnitiv funksiyasına mənfi təsir göstərir. Bu barədə diyetoloq Mixail Ginzburq "Zvezda" telekanalında məlumat verib. Beləliklə, mütəxəssis Ohayo Universitetinin (ABŞ) alimlərtinin apardığı tədqiqat nəticələrinə bu cür şərh edib.
"Brain Behavior" and Immunity" jurnalında dərc olunan elmi araşdırma zamanı onun müəllifləri belə qənaətə gəliblər ki, tərkibində yüksək təmizlənmiş karbohidratlar olan qidalar (un desertləri, konfetlər, qazlı sular və souslar) yaşlı gəmiricilərdə yaddaşın pozulmasına və təlim sürətinin azalmasına səbəb olub.
Mütəxəssislərin fikrincə, təmizlənmiş karbohidratlar beyində iltihaba səbəb ola bilər və nəticədə neyronlar arasında siqnalın ötürülməsinə cavabdeh olan dokozageksaen turşusunun (DHA) miqdarı azalır.
Ginzburq vurğulayıb ki, müasir insanların qəbul etdikləri miqdarda şəkərə təbiətdə belə rast gəlinmir. Məhz bu səbəbdən insan və digər məməlilərin orqanizmi təkamül yolu ilə özləri üçün təhlükəsiz şəkər metabolizması yollarını inkişaf etdirməmişdir.
"İndi isə biz ondan (şəkər. - Red.) çox istifadə etməyə başlayanda və onun udulması ildırım sürəti ilə baş verəndə, qanda qlükozanın səviyyəsi də ildırım sürəti ilə yüksəlir, bu isə orqanizm üçün hələ də işlənib hazırlanmayıb, özümüzü bundan necə qoruyacağımızı bilmirik və hər cür xəstəliklər bundan yaranır", - deyə diyetoloq izah edib.
O, qeyd edib ki, həddindən artıq şəkər qəbul etmək metabolik sindromun, hipertoniyanın, diabet xəstəliyinin, onkologiyanın inkişafını sürətləndirir, həmçinin koqnitiv funksiyalarını pozur.
"Şəkəri həddindən artıq qəbul edən insanlarda Altsheymer xəstəliyinə tutulma ehtimalı daha yüksəkdir və hətta onlarda beyin keyləşməsi daha tez baş verir", - deyə ekspert qeyd edib.
Həkim təkcə təmizlənmiş karbohidratların deyil, həm də meyvələrin qidaya qəbul edilməsində ehtiyyatlı olmağa çağırıb.