Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azad edilən ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlanıb

© Photo : REPORTMina nişanı, arxiv şəkli
Mina nişanı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.11.2021
Abunə olmaq
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə məlumat yayıb.
BAKI, 1 noyabr — Sputnik. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.
ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 1-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 338, tank əleyhinə 154 mina və 1 389 ədəd partlamamış hərbi sursat aşkarlanıb.
Nəticədə 408 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Xəbər lenti
0