https://sputnik.az/20211101/almaniyadan-azerbaycana-qus-eti-ve-yumurta-idxali-mehdudlasdirilib-434774647.html
Almaniyadan Azərbaycana quş əti və yumurta idxalı məhdudlaşdırılıb
Almaniyadan Azərbaycana quş əti və yumurta idxalı məhdudlaşdırılıb
Sputnik Azərbaycan
Respublika ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə müvafiq tədbirlər görülür. 01.11.2021, Sputnik Azərbaycan
2021-11-01T15:25+0400
2021-11-01T15:25+0400
2021-11-01T15:25+0400
yumurta
cəmiyyət
almaniya
toyuq əti
quş əti
aqta
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1d/426821499_0:281:3072:2009_1920x0_80_0_0_38d14f4d8eb085d9e27fe96438fe98f3.jpg
BAKI, 1 noyabr — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.AQTA-dan Sputnik Azərbaycan-a bildiriblər ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Almaniya Federativ Respublikasının Şlezviq-Holşteyn vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Almaniya Federativ Respublikasının Şlezviq-Holşteyn vilayətindən OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtaların, quş əti, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsulları (OİE-nin Quruda Yaşayan Heyvanların Sağlamlıq Məcəlləsinin 10.4.23-cü və 10.4.25-ci maddələrinə uyğun olaraq, quş qripi viruslarının məhv edilməsini təmin edən emala məruz qalan mallar istisna olmaqla) quş yemləri və quş üçün yem əlavələri (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, o cümlədən diri quşların tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Almaniya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1d/426821499_269:0:3000:2048_1920x0_80_0_0_a0d1556ef08708d9697a9650cba98e83.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
yumurta, almaniya, toyuq əti, quş əti, aqta
yumurta, almaniya, toyuq əti, quş əti, aqta
Almaniyadan Azərbaycana quş əti və yumurta idxalı məhdudlaşdırılıb
Respublika ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə müvafiq tədbirlər görülür.
BAKI, 1 noyabr — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
AQTA-dan Sputnik Azərbaycan-a bildiriblər ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Almaniya Federativ Respublikasının Şlezviq-Holşteyn vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Almaniya Federativ Respublikasının Şlezviq-Holşteyn vilayətindən OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtaların, quş əti, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsulları (OİE-nin Quruda Yaşayan Heyvanların Sağlamlıq Məcəlləsinin 10.4.23-cü və 10.4.25-ci maddələrinə uyğun olaraq, quş qripi viruslarının məhv edilməsini təmin edən emala məruz qalan mallar istisna olmaqla) quş yemləri və quş üçün yem əlavələri (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, o cümlədən diri quşların tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Almaniya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.