https://sputnik.az/20211101/8-noyabr--zefer-gunu-svecde-qeyd-olunub-434795223.html
8 Noyabr – Zəfər Günü İsveçdə qeyd olunub
8 Noyabr – Zəfər Günü İsveçdə qeyd olunub
Sputnik Azərbaycan
Azərbaycanın İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov da tədbirdə iştirak edib. 01.11.2021, Sputnik Azərbaycan
2021-11-01T22:01+0400
2021-11-01T22:01+0400
2021-11-01T22:57+0400
dünya xəbərləri
isveç
qeyd
zəfər günü
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/01/434795173_0:186:1001:749_1920x0_80_0_0_c2fe3fabc6b000dd2730af7429ac1e4b.jpg
BAKI, 1 noyabr - Sputnik. İsveçin Yöteborq şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.Komitənin dəstəyi, İsveç Azərbaycanlıları Koordinasiya Şurasının və Azərbaycan Qarabağ Azadlıq Mərkəzi Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.İsveç Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, Yönköpinq regionunun millət vəkili İradə Əliyeva-Söderberq və Azərbaycan Qarabağ Azadlıq Mərkəzi Dərnəyinin rəhbəri Ülviyyə Nəcəf Ordumuzun 44 günlük Zəfər yolu haqqında danışıblar.Qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qazandığı tarixi Qələbə müstəqil Azərbaycan dövlətinin hərb tarixinə qızıl hərflərlə həkk olunub.Vətən müharibəsi dönəmində və ötən bir il ərzində dünyanın müxtəlif ölkələrində, eləcə də İsveçdə yaşayan azərbaycanlıların həmrəylik nümayiş etdirərək tarixi gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal iş apardıqları xüsusi olaraq vurğulanıb.Tədbir ədəbi-bədii proqramla davam edib.Azərbaycanın İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov da tədbirdə iştirak edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/01/434795173_0:0:999:749_1920x0_80_0_0_06fd12486c8fe0018863c707561790f9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
isveç, qeyd, zəfər günü
8 Noyabr – Zəfər Günü İsveçdə qeyd olunub
22:01 01.11.2021 (Yenilənib: 22:57 01.11.2021) Azərbaycanın İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov da tədbirdə iştirak edib.
BAKI, 1 noyabr - Sputnik. İsveçin Yöteborq şəhərində
8 Noyabr – Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib. Bu barədə
Sputnik Azərbaycan-a
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
Komitənin dəstəyi, İsveç Azərbaycanlıları Koordinasiya Şurasının və Azərbaycan Qarabağ Azadlıq Mərkəzi Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İsveç Azərbaycanlıları Koordinasiya Şurasının üzvü, Yönköpinq regionunun millət vəkili İradə Əliyeva-Söderberq və Azərbaycan Qarabağ Azadlıq Mərkəzi Dərnəyinin rəhbəri Ülviyyə Nəcəf Ordumuzun 44 günlük Zəfər yolu haqqında danışıblar.
Qeyd edilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Silahlı Qüvvələrimizin qazandığı tarixi Qələbə müstəqil Azərbaycan dövlətinin hərb tarixinə qızıl hərflərlə həkk olunub.
Vətən müharibəsi dönəmində və ötən bir il ərzində dünyanın müxtəlif ölkələrində, eləcə də İsveçdə yaşayan azərbaycanlıların həmrəylik nümayiş etdirərək tarixi gerçəkliklərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal iş apardıqları xüsusi olaraq vurğulanıb.
Tədbir ədəbi-bədii proqramla davam edib.
Azərbaycanın İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov da tədbirdə iştirak edib.