https://sputnik.az/20211031/sosial-sebeke-alti-yasdan-yuxari-usaqlardan-da-qazanmaq-isteyir-434710864.html
Sosial şəbəkə altı yaşdan yuxarı uşaqlardan da qazanmaq istəyir
Sosial şəbəkə altı yaşdan yuxarı uşaqlardan da qazanmaq istəyir
Sputnik Azərbaycan
BAKI, 31 oktyabr — Sputnik. Facebook şirkəti gəlirlərini arıtrmaq üçün 6 yaşdan yuxarı uşaqlar üçün istehlakçı bazasını genişləndirməyi düşünür. 31.10.2021, Sputnik Azərbaycan
2021-10-31T09:04+0400
2021-10-31T09:04+0400
2021-10-31T09:04+0400
dünya xəbərləri
araşdırma
uşaqlar
plan
"facebook" sosial şəbəkəsi
https://cdnn1.img.sputnik.az/img/41998/33/419983325_0:0:1756:987_1920x0_80_0_0_b5a6675a8253c4f0d3d5be165c6f8055.jpg
BAKI, 31 oktyabr — Sputnik. Facebook şirkəti gəlirlərini arıtrmaq üçün 6 yaşdan yuxarı uşaqlar üçün istehlakçı bazasını genişləndirməyi düşünür.Sputnik Azərbaycan bildirir ki, bu barədə Daily Mail yazır.Korporasiyanın planları şirkətin daxili bloqundan məlumatlar sızdıqdan sonra bəlli olub. Bildirilir ki, hazırda Facebook 6-9 yaşlı uşaqlar və 10-12 yaşlı yeniyetmələr üçün məhsullarının tam spektrini nəzərdən keçirməkdən ötrü əməkdaşlar axtarışındadır. Tabloid yazır ki, korporasiya "gənclər üçün təhlükəsiz məhsul" yaratmaq üçün bir neçə şirkətdən komanda toplayıb. Facebook beş fərqli uşaq qrupunu araşdıraraq gənc istifadəçilərin tələbatını müəyyənləşdirmək üçün gərək olan məlumatlardan yararlanacaq. Oktyabrın 28-də Facebook-un yaradıcısı Mark Zukerberq bəyan etdi ki, şirkət adını Meta-ya dəyişir. O həmçinin şirkətin loqotipini də göstərib, bu, Möbius lentinə oxşayan göy rəngli işarədir.Onun sözlərinə görə, yeni brend şirkətin diqqətini metakainata cəmləyir: orada insan ekranlardan imtina edərək virtual reallıqda mövcudluq hissini yaşayacaq.Bu arada, 1992-ci ildə "Uçqun" fantastik romanında "metakainat" (metaverse) terminini yaradan yazıçı-fantast Nil Stivenson bəyan edib ki, nə Facebook-a, nə də onun adının dəyişdirilib "Meta" qoyulmasına aidiyyatı var. Bu barədə yazıçı Twitter-də paylaşım edib.
https://sputnik.az/20211028/facebook-adini-deyisir-434688926.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41998/33/419983325_89:0:1405:987_1920x0_80_0_0_23db69ea29c7daa100a5a71cdb242906.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
araşdırma, uşaqlar, plan, "facebook" sosial şəbəkəsi
araşdırma, uşaqlar, plan, "facebook" sosial şəbəkəsi
BAKI, 31 oktyabr — Sputnik. Facebook şirkəti gəlirlərini arıtrmaq üçün 6 yaşdan yuxarı uşaqlar üçün istehlakçı bazasını genişləndirməyi düşünür.
Sputnik Azərbaycan bildirir ki, bu barədə
Daily Mail yazır.
Korporasiyanın planları şirkətin daxili bloqundan məlumatlar sızdıqdan sonra bəlli olub. Bildirilir ki, hazırda Facebook 6-9 yaşlı uşaqlar və 10-12 yaşlı yeniyetmələr üçün məhsullarının tam spektrini nəzərdən keçirməkdən ötrü əməkdaşlar axtarışındadır.
Tabloid yazır ki, korporasiya "gənclər üçün təhlükəsiz məhsul" yaratmaq üçün bir neçə şirkətdən komanda toplayıb. Facebook beş fərqli uşaq qrupunu araşdıraraq gənc istifadəçilərin tələbatını müəyyənləşdirmək üçün gərək olan məlumatlardan yararlanacaq.
Oktyabrın 28-də Facebook-un yaradıcısı Mark Zukerberq bəyan etdi ki, şirkət adını Meta-ya dəyişir. O həmçinin şirkətin loqotipini də göstərib, bu, Möbius lentinə oxşayan göy rəngli işarədir.
Onun sözlərinə görə, yeni brend şirkətin diqqətini metakainata cəmləyir: orada insan ekranlardan imtina edərək virtual reallıqda mövcudluq hissini yaşayacaq.
Bu arada, 1992-ci ildə "Uçqun" fantastik romanında "metakainat" (metaverse) terminini yaradan yazıçı-fantast Nil Stivenson bəyan edib ki, nə Facebook-a, nə də onun adının dəyişdirilib "Meta" qoyulmasına aidiyyatı var. Bu barədə yazıçı
Twitter-də paylaşım edib.