DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran İsrail və ABŞ-ı qanlı aksiyaların ildönümündə edilən kiberhücumda günahlandırdı

© AFP 2024 / ATTA KENARETeheran
Teheran - Sputnik Azərbaycan, 1920, 31.10.2021
Abunə olmaq
İranın mülki müdafiə rəhbəri Qulamrza Cəlali şənbə günü verdiyi açıqlamada ölkənin benzin satış məntəqələrinə edilən hücumun arxasında İsrail və ABŞ-ın dayandığını bildirib.
BAKI, 31 oktyabr — Sputnik. İran qanlı aksiyaların ildönümündə edilən kiberhücumda İsrail və ABŞ-ı günahlandırır.
İranın mülki müdafiə rəhbəri Qulamrza Cəlali şənbə günü verdiyi açıqlamada ölkənin benzin satış məntəqələrinə edilən hücumun arxasında İsrail və ABŞ-ın dayandığını bildirib.
Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir ki, Cəlali kiberhücumla bağlı təhqiqatların hələ tamamlanmadığını qeyd edib.

"Düşünürük ki, bu hücumların arxasında sionist rejim və ABŞ-ın agentləri dayanır. İran son bir neçə ildə bu cür hücumlara qarşı yüksək hazırlıq vəziyyətindədir. Bununla belə ABŞ və digər qərb gücləri İranı belə hücumlarda ittiham edirlər", – deyə Cəlalil dövlət televiziyasına verdiyi müsahibədə bildirib.

Cəlali iddia edib ki, bu ilin iyulunda İran dəmiryollarına və Şahid Rəcai limanına edilən kiberhücumların arxasında da İsrail və ABŞ dayanır.
İran prezidenti İbrahim Rəisi ölkənin benzin satış məntəqələrinə edilmiş hücumun narahatlıq yaratmaq üçün edildiyini bildirib.
Qeyd edək ki, oktyabrın 26-da edilən hücum 2019-cu ildə İranda benzin qiymətlərinin kəskin bahalaşmasına edilən qanlı etirazların ildönümündə baş verib.
Xəbər lenti
0