ELM

Planetimizdə maqnit qasırğası başlayıb

© AFP 2024 / PEKKA SAKKI / LEHTIKUVAMaqnit qasırğası, arxiv şəkli
Maqnit qasırğası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.10.2021
Abunə olmaq
Proqnoza görə, meteohəssas insanlar üçün diskomfort yaradan maqnit qasırğası bazar ertəsi günortaya qədər davam edəcək.
BAKI, 31 oktyabr - Sputnik. Bazar günü günortadan sonra Yer kürəsində maqnit qasırğası aktivləşib.
Bu barədə Rusiya Fizika institutunun Günəş Rentgen Astronomiyası laboratoriyasının saytında bildirilib.
Qasırğanın səviyyəsi zəif (G1) qiymətləndirilib.
Proqnoza görə, meteohəssas insanlar üçün diskomfort yaradan maqnit qasırğası bazar ertəsi günortaya qədər davam edəcək.
Qeyd edək ki, Yer səthində müşahidə edilən burulğan oktyabrın 28-i axşam saatlarında Günəşdə baş verən X siniflinə aid güclü partlayışın nəticəsində baş verib.
Günəşdə partlayışların gücü A, B, C, M və X hərfləri ilə işarə olunur. Partlayış anında planet sistemimizin yeganə ulduzunun kosmosa atdığı plazma buludu iki-üç gün sonra Yerdə maqnit qasırğasına səbəb ola bilər.
Zəif maqnit qasırğası enerji sistemlərinin işində xırda nasazlıq yarada, heyvan və quşların miqrasiya trayektoriyasına təsir edə bilər. Daha güclüləri isə qısadalğalı rabitə və naviqasiya sistemlərində pozuntulara, həmçinin sənaye şəbəkələrində gərginliyin artıb-azalmasına səbəb ola bilər.
Ötən il noyabrın sonlaeında da Yer üzərində maqnit qasırğası olub. Həmin maqnit qasırğası da G1 kateqoriyasına aid olub.
Həmçinin oxuyun:
Günəşdə partlayışlar: bu gün aktivlik narıncı həddədir
Meteohəssas insanlar diqqətli olsunlar - maqnit qasırğası olacaq
Xəbər lenti
0