https://sputnik.az/20211031/fulya-her-kesi-goz-yasina-bogdu-434757272.html
"Fulya" hər kəsi göz yaşına boğdu
"Fulya" hər kəsi göz yaşına boğdu
Sputnik Azərbaycan
Fulya Öztürk deyir ki, 44 günlük müharibədən 6-7 ay əvvəl hər gün qeyri-ixtiyari Azərinin "Çırpınırdı Qara dəniz" mahnısını dinləyirdi. 31.10.2021, Sputnik Azərbaycan
2021-10-31T19:55+0400
2021-10-31T19:55+0400
2021-10-31T20:08+0400
kino
mədəniyyət
türk
vətən müharibəsi
anar kərimov
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1f/434757604_0:161:3069:1887_1920x0_80_0_0_9899ee5a4ded957b10476a674a14bb99.jpg
BAKI, 31 oktyabr — Sputnik. Bu gün Nizami Kino Mərkəzində Azərbaycan və Türkiyənin müştərək istehsalı olan "Fulya" sənədli filminin premyerası olub. Sputnik Azərbaycan xəbər verir ki, təqdimat mərasimində Mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və kino nümayəndələri iştirak ediblər.44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və kameraman Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər və Bakı ərazisində aparılıb.Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur. Film "Azərbaycanfilm" kinostudiyası ilə Türkiyənin "Dada Yapım" şirkətinin birgə istehsalıdır.Təqdimatda "Fulya"nın yaradıcı heyəti, həmçinin filmin qəhrəmanları - türkiyəli media nümayəndələri Fulya Öztürk və Halil Kahraman iştirak ediblər.Filmdən öncə filmin baş qəhrəmanı Fulya Öztürklə həmsöhbət olduq. Tanınmış jurnalist cəbhədə baş verən hadisələrdən bəhs etdi. Öztürk deyir ki, müharibə dönəmində 40 gündən artıq Azərbaycanda olub. Xaraktercə unutqan insan olduğunu deyən Fulya, həmin günləri saatbasaat xatırlayır: "Əslində çox unutqan insanam, adları, getdiyim yerləri, danışılan söhbətləri çox tez unuduram. Amma o günləri heç vaxt unutmayacağam. Çox qəribə idi ki, savaş hələ başlamamışdı, 6-7 ay sonra başlayacaqdı. Mən hər gün Azərinin "Çırpınırdı Qara dəniz" mahnısını dinləyirdim. Həmin mahnının sonunda Azərin deyir ki, "Azərbaycan bayrağını Qarabağdan asacağıq" və sonda "inşallah" deyir. Mən də hər dəfə "İnşallah" deyirdim. Heç ağlıma da gəlməzdi ki, mən bu müharibənin, zəfərin içində olacağam".Heç kəsə sirr deyil ki, həmin günlərdə Fulya Azərbaycanda hər kəsin sevimlisinə çevrilmişdi. Filmin nümayişində də bu, özünü göstərdi. Jurnalist filmə adının verilməsini istəmədiyini açıqladı: "Biz kameraman Halil ilə birlikdə 44 gün ərzində tarixdə heç zaman unudulmayacaq dəhşətli hadisələrə şahidlik etdik. Əslində, heç istəmədim filmə mənim adım verilsin. İkinci Qarabağ müharibəsində çoxlu cəsəd, ölən, yaralanan insanlar gördüm. Bu torpaqlarda o qədər çarəsiz qalan körpə, uşaq, ana gördüm ki, çox güclü xarakterim olsa da, həyatımda bu qədər stress yaşamamışdım. Gəncə şəhərində yaşadığım o qətliamı, o körpənin cəsədini heç zaman unutmayacağam".Fulya Atatürkün "jurnalistlər gördüklərini, düşündüklərini, bildiklərini səmimiyyətlə yazmalıdır" sözünü həmişə rəhbər tutub: "Bəzən olurdu ki, jurnalistikaya zidd olan addımlar atırdım. Bunun fərqində idim. Bildiyim bir şey var idi ki, mən hər şeyi sidqi-ürəkdən etdim"."Türk insanı, türk qadını türk jurnalisti həm cəsarətli, həm mərhəmətli və haqlının yanındaır. Biz haqlının yanında idik. Nə xoş bizə ki, şərəflə, vicdanla bu işi etdik və dünyaya çatdırdıq. Mən çox müharibə olan bölgələrdə olmuşam. Amma buradakı insanlarda olan inamı, əzmi heç bir ölkədə görmədim", - deyə F.Öztürk əlavə etdi."Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov bildirib ki, 44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında aparılıb. Bu film Vətən müharibəsi ilə bağlı həqiqətlərin dünya birliyinə çatdırılmasına yardımçı olacaq.Sonra "Fulya" filmi nümayiş olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1f/434757604_169:0:2900:2048_1920x0_80_0_0_570086cc5600918c25428ede36174ffa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kino, türk, vətən müharibəsi, anar kərimov
kino, türk, vətən müharibəsi, anar kərimov
"Fulya" hər kəsi göz yaşına boğdu
19:55 31.10.2021 (Yenilənib: 20:08 31.10.2021) Fulya Öztürk deyir ki, 44 günlük müharibədən 6-7 ay əvvəl hər gün qeyri-ixtiyari Azərinin "Çırpınırdı Qara dəniz" mahnısını dinləyirdi.
BAKI, 31 oktyabr — Sputnik. Bu gün Nizami Kino Mərkəzində Azərbaycan və Türkiyənin müştərək istehsalı olan "Fulya" sənədli filminin premyerası olub. Sputnik Azərbaycan xəbər verir ki, təqdimat mərasimində Mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və kino nümayəndələri iştirak ediblər.
44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və kameraman Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər və Bakı ərazisində aparılıb.
Filmin rejissorları Aykut Taşkın və Tahir Tahiroviç, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur. Film "Azərbaycanfilm" kinostudiyası ilə Türkiyənin "Dada Yapım" şirkətinin birgə istehsalıdır.
Təqdimatda "Fulya"nın yaradıcı heyəti, həmçinin filmin qəhrəmanları - türkiyəli media nümayəndələri Fulya Öztürk və Halil Kahraman iştirak ediblər.
Filmdən öncə filmin baş qəhrəmanı Fulya Öztürklə həmsöhbət olduq. Tanınmış jurnalist cəbhədə baş verən hadisələrdən bəhs etdi.
Öztürk deyir ki, müharibə dönəmində 40 gündən artıq Azərbaycanda olub. Xaraktercə unutqan insan olduğunu deyən Fulya, həmin günləri saatbasaat xatırlayır: "Əslində çox unutqan insanam, adları, getdiyim yerləri, danışılan söhbətləri çox tez unuduram. Amma o günləri heç vaxt unutmayacağam. Çox qəribə idi ki, savaş hələ başlamamışdı, 6-7 ay sonra başlayacaqdı. Mən hər gün Azərinin "Çırpınırdı Qara dəniz" mahnısını dinləyirdim. Həmin mahnının sonunda Azərin deyir ki, "Azərbaycan bayrağını Qarabağdan asacağıq" və sonda "inşallah" deyir. Mən də hər dəfə "İnşallah" deyirdim. Heç ağlıma da gəlməzdi ki, mən bu müharibənin, zəfərin içində olacağam".
Heç kəsə sirr deyil ki, həmin günlərdə Fulya Azərbaycanda hər kəsin sevimlisinə çevrilmişdi. Filmin nümayişində də bu, özünü göstərdi. Jurnalist filmə adının verilməsini istəmədiyini açıqladı:
"Biz kameraman Halil ilə birlikdə 44 gün ərzində tarixdə heç zaman unudulmayacaq dəhşətli hadisələrə şahidlik etdik. Əslində, heç istəmədim filmə mənim adım verilsin. İkinci Qarabağ müharibəsində çoxlu cəsəd, ölən, yaralanan insanlar gördüm. Bu torpaqlarda o qədər çarəsiz qalan körpə, uşaq, ana gördüm ki, çox güclü xarakterim olsa da, həyatımda bu qədər stress yaşamamışdım. Gəncə şəhərində yaşadığım o qətliamı, o körpənin cəsədini heç zaman unutmayacağam".
Fulya Atatürkün "jurnalistlər gördüklərini, düşündüklərini, bildiklərini səmimiyyətlə yazmalıdır" sözünü həmişə rəhbər tutub: "Bəzən olurdu ki, jurnalistikaya zidd olan addımlar atırdım. Bunun fərqində idim. Bildiyim bir şey var idi ki, mən hər şeyi sidqi-ürəkdən etdim".
"Türk insanı, türk qadını türk jurnalisti həm cəsarətli, həm mərhəmətli və haqlının yanındaır. Biz haqlının yanında idik. Nə xoş bizə ki, şərəflə, vicdanla bu işi etdik və dünyaya çatdırdıq. Mən çox müharibə olan bölgələrdə olmuşam. Amma buradakı insanlarda olan inamı, əzmi heç bir ölkədə görmədim", - deyə F.Öztürk əlavə etdi.
"Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov bildirib ki, 44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında aparılıb. Bu film Vətən müharibəsi ilə bağlı həqiqətlərin dünya birliyinə çatdırılmasına yardımçı olacaq.
Sonra "Fulya" filmi nümayiş olunub.