Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Eşkiya dünyaya hökmdar olmaz" serialının yayımının dayandırılması hamını şoka salıb

© Facebook / Oktay KAYNARCAOktay KAYNARCA
Oktay KAYNARCA - Sputnik Azərbaycan, 1920, 31.10.2021
Abunə olmaq
Serialın baş qəhrəmanı Hızır Çakırbeyli obrazının yaradıcısı Oqtay Qaynarca yayımın sona çatması ilə bağlı öz Facebook hesabında paylaşım edib.
BAKI, 31 oktyabr - Sputnik. Yeddi ildir Türkiyənin ATV telekanalında yayımlanan və Azərbaycanda da böyük maraqla izlənilən "Eşkiya dünyaya hökmdar olmaz" teleserialı gözlənilmədən yayımdan yığışdırılıb.
Sputnik Azərbaycan Türkiyə medasına istinadla xəbər verir ki, film bundan sonra ATV telekanalında yayımlanmayacaq. Onun sonrakı aqibəti isə hələlik bəlli deyil.
Serialın baş qəhrəmanı Hızır Çakırbeyli obrazının yaradıcısı Oqtay Kaynarca yayımın sona çatması ilə bağlı öz Facebook hesabında paylaşım edib. O, izləyicilərinə və filmin möhtəşəm yaradıcı heyətinə təşəkkürünü bildirib.
"At belində dünyanı fəth eləmək asandır. Çətini atdan enərkən fəth etdiyini idarə edə bilməkdir" - Çingiz Xan.
"Eşkıya Dünyaya Hökmdar Olmaz"’ın dəyərli izləyicilərinə: yayıma başladığımız ilk gündən etibarən heç əksilməyən diqqətinizə, sevginizə, bizi ailənizdən birisi kimi görməyinizə, sorgusuz-sualsız ürək yanğısı ilə bizə sahib çıxmağınıza, son ana qədər davam etməsi üçün bəslədiyiniz ümidlərə görə sizə sonsuz təşəkkür edirəm. Yeddi il birlikdə yol gəldiyim, bir çox rekordu, uğuru, xoşbəxtliyi, acını, sevinci birlikdə yaşadığım "Eşkıya Dünyaya Hökmdar Olmaz"’ qrupunun ən böyüyündən ən kiçiyinə, əməyi keçən yoldaşlarıma: son dövrdə yaşanan bütün xoşagəlməzliklərə qarşı əzminiz, etik tərziniz, iş intizamınız və yaşadıqlarınıza baxmayaraq, səbr etdiyiniz üçün ürəklərinizdən öpürəm.
Əllərinizə, ürəklərinizə sağlıq. Bəzən söz bitər, yol bitər, yolçuluq bitər, amma hər son yeni bir başlanğıcdır. Sağlıqla qalın".
"Eşkiya dünyaya hökmdar olmaz"ın ilk bölümü 8 sentyabr 2015-ci ildə ATV-də yayıma başlayıb.
Filmin ssenari müəllifləri Raci Şaşmaz və Bahadır Özdənər, rejissorları isə Onur Tan, Zübeyr Şaşmaz və Baran Özçaylandır.
Mafiyaların savaşından bəhs edən bu kriminal serialın baş rollarını Oqtay Kaynarca, Yunus Emre Yıldırım və Ozan Akbaba yaradıb.
Xəbər lenti
0