https://sputnik.az/20211031/avropada-seyahet-etmek-ucun-koronavirus-sebebinden-en-tehlukeli-olkelerin-adlari-aciqlanib-434751705.html
Avropada səyahət etmək üçün koronavirus səbəbindən ən təhlükəli ölkələrin adları açıqlanıb
Avropada səyahət etmək üçün koronavirus səbəbindən ən təhlükəli ölkələrin adları açıqlanıb
Sputnik Azərbaycan
Malta, İspaniya, İtaliya, İsveç və Fransa hazırda Avropaya səyahət etmək üçün ən təhlükəsiz istiqamətlərdir. 31.10.2021, Sputnik Azərbaycan
2021-10-31T22:10+0400
2021-10-31T22:10+0400
2021-10-31T22:10+0400
aeroport
epidemioloji
koronavirus
covid-19
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/42344/18/423441861_0:66:1921:1146_1920x0_80_0_0_719bc6e04c9976973fdc4c25512390e4.jpg
BAKI, 31 oktyabr — Sputnik. Rusiyalılara bəzi Avropa ölkələrində epidemioloji vəziyyətin sürətlə pisləşməsi ilə bağlı xəbərdarlıq edilib. Müvafiq məlumatları Avropa Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzi (ECDC) oktyabrın 28-də öz saytında dərc edib.Statistikaya görə, Xorvatiyada, Belçika və İrlandiyanın bəzi bölgələrində vəziyyət pisləşib. Bundan başqa, dövlətlərin qırmızı siyahısına Latviya, Litva, Estoniya və Rumıniya da daxildir. Həmçinin Lixtenşteyn və İslandiya, Hollandiya, Norveçin və Çexiyanın yarısı da səyahət üçün ən təhlükəli ölkələr arasındadır.Belə ki, son iki həftə ərzində bu ölkələrdə 100 min əhaliyə 200-ə qədər koronavirusa yoluxma halı qeydə alınıb.Eyni zamanda, analitiklər COVID-19-a yoluxma ilə bağlı vəziyyətin eyni səviyyədə qaldığı ölkələri sadalayıblar. Beləliklə, Malta, İspaniya, İtaliya, İsveç və Fransa hazırda Avropaya səyahət etmək üçün ən təhlükəsiz istiqamətlərdir.Oktyabrın əvvəlində rusiyalılara pandemiya səbəbindən beynəlxalq turizm üçün qapalı olan Avropa ölkələrində tətillərini Türkiyə səfəri ilə əvəz olunması təklif edilib. Turizm sahəsinin nümayəndələri İstanbulu Avropaya ekskursiya turlarına görə əsas payız alternativi adlandırıblar. İlkin hesablamalara görə, 2021-ci ilin sentyabr-dekabr aylarında təxminən 230-240 min Rusiya vətəndaşı Türkiyə şəhərinə uça biləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42344/18/423441861_0:0:1707:1280_1920x0_80_0_0_08ff8d1a5d8ed0029281b402fa397a38.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aeroport, epidemioloji, koronavirus, covid-19
aeroport, epidemioloji, koronavirus, covid-19
Avropada səyahət etmək üçün koronavirus səbəbindən ən təhlükəli ölkələrin adları açıqlanıb
Malta, İspaniya, İtaliya, İsveç və Fransa hazırda Avropaya səyahət etmək üçün ən təhlükəsiz istiqamətlərdir.
BAKI, 31 oktyabr — Sputnik. Rusiyalılara bəzi Avropa ölkələrində epidemioloji vəziyyətin sürətlə pisləşməsi ilə bağlı xəbərdarlıq edilib. Müvafiq məlumatları Avropa Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzi (ECDC) oktyabrın 28-də öz saytında dərc edib.
Statistikaya görə, Xorvatiyada, Belçika və İrlandiyanın bəzi bölgələrində vəziyyət pisləşib. Bundan başqa, dövlətlərin qırmızı siyahısına Latviya, Litva, Estoniya və Rumıniya da daxildir. Həmçinin Lixtenşteyn və İslandiya, Hollandiya, Norveçin və Çexiyanın yarısı da səyahət üçün ən təhlükəli ölkələr arasındadır.
Belə ki, son iki həftə ərzində bu ölkələrdə 100 min əhaliyə 200-ə qədər koronavirusa yoluxma halı qeydə alınıb.
Eyni zamanda, analitiklər COVID-19-a yoluxma ilə bağlı vəziyyətin eyni səviyyədə qaldığı ölkələri sadalayıblar. Beləliklə, Malta, İspaniya, İtaliya, İsveç və Fransa hazırda Avropaya səyahət etmək üçün ən təhlükəsiz istiqamətlərdir.
Oktyabrın əvvəlində rusiyalılara pandemiya səbəbindən beynəlxalq turizm üçün qapalı olan Avropa ölkələrində tətillərini Türkiyə səfəri ilə əvəz olunması təklif edilib. Turizm sahəsinin nümayəndələri İstanbulu Avropaya ekskursiya turlarına görə əsas payız alternativi adlandırıblar. İlkin hesablamalara görə, 2021-ci ilin sentyabr-dekabr aylarında təxminən 230-240 min Rusiya vətəndaşı Türkiyə şəhərinə uça biləcək.