Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Oğlunun toyuna hazırlaşan din xadimi intihar etdi

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.10.2021
Abunə olmaq
Həmyerlilərinin verdiyi məlumata görə, intihar edən Nadir Musayev yaşadığı kəndin imamı olub.
BAKI, 30 oktyabr — Sputnik. Qax rayonunda intihar hadisəsi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, hadisə ötən gün rayonun Güllük kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Nadir Reyzullah oğlu Musayevin meyiti yaşadığı evin həyətyanı sahəsində yardımçı tikilidə asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib.
Faktla bağlı Qax rayon Prokurorluğunda araşdırma aparılır. Həmyerlilərinin verdiyi məlumata görə, intihar edən Nadir Musayev yaşadığı kəndin imamı olub. Uzun müddət əsəb xəstəliyindən əziyyət çəkən mərhum oğlunun toy mərasimindən bir neçə saat əvvəl intihar edib. Qeyd edək ki, həmin gün qız evində toy olub, oğlan evinin toyu isə oktyabrın 30-da keçiriləcəkmiş.
Eləcə də oxuyun:
* Dərsdən qaçan şagirdin intihar etdiyi xəbəri yayıldı
* Bakıda bloger intihar edib
* Xəstəxanada həkimin intihara cəhd etməsi ilə bağlı araşdırma aparılır
Xəbər lenti
0