Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

“Zəfər yarmarka”sında hərbi texnika nümayiş olunur

© AR Ministry of Defence“Zəfər yarmarka”sında hərbi texnika nümayiş olunur
“Zəfər yarmarka”sında hərbi texnika nümayiş olunur - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Xəbərlərə abunə olun
Tədbirdə həyata keçirilən “Əsgərə məktub” layihəsi qonaqlar tərəfindən maraqla qarşılanıb və onlar həvəslə Vətən keşiyində duran Azərbaycan əsgərinə sevgi dolu məktublar yazıblar.
BAKI, 29 oktyabr - Sputnik. Zəfər günü ilə əlaqədar Dənizkənarı bulvar ərazisində keçirilən “Zəfər yarmarkası"nda Azərbaycan Ordusunun silahlanmasında olan bir sıra silah, texnika və PUA nümunələri, eləcə də müxtəlif təminat növləri nümayiş etdirilir. Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim olunur.
Tədbirdə həyata keçirilən “Əsgərə məktub” layihəsi qonaqlar tərəfindən maraqla qarşılanıb və onlar həvəslə Vətən keşiyində duran Azərbaycan əsgərinə sevgi dolu məktublar yazıblar.
Qeyd edək ki, Azərbaycan Ordusunda zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək üçün təhsil müəssisələrinə qəbul qaydaları barədə ətraflı məlumatların əks olunduğu bukletlər yarmarkaya təşrif buyuran vətəndaşlara paylanılacaq.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала