Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yaşayış binasında yanğınla bağlı son xəbər

© Sputnik / Emin AlisahibBərdədə yanğının baş verdiyi ərazi
Bərdədə yanğının baş verdiyi ərazi - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Abunə olmaq
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın zamanı ölən və xəsarət alan olmayıb.
BAKI, 29 oktyabr — Sputnik. Bərdədə yaşayış binasındakı yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bərdə şəhərində ümumi sahəsi 640 kv.m olan, bir dam altında tikilmiş birmərtəbəli onüçmənzilli yaşayış binasının yanar konstruksiyaları (arakəsmə divarları taxta konstruksiyalardan, kərpicdən, dam örtüyü qır və qamışdan ibarət) və qismən ev əşyaları yanıb:
© Sputnik / Emin AlisahibBərdədə yanğının baş verdiyi ərazi
Bərdədə yanğının baş verdiyi ərazi - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Bərdədə yanğının baş verdiyi ərazi
"Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın zamanı ölən və xəsarət alan olmayıb".
© Sputnik / Emin AlisahibBərdədə yanğının baş verdiyi ərazi
Bərdədə yanğının baş verdiyi ərazi - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Bərdədə yanğının baş verdiyi ərazi
Qeyd edək ki, səhər saatlarında Bərdə şəhərinin Heydər Əliyev prospektində 13 ailənin yaşadığı birmərtəbəli yaşayış binasında güclü yanğın baş verib. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin beş maşını və xeyli sayda canlı qüvvəsi cəlb edilib.
Xəbər lenti
0