https://sputnik.az/20211029/yarim-esr-yasayib-yaratmis-senetkar-434697892.html
Yarım əsr yaşayıb-yaratmış sənətkar
Yarım əsr yaşayıb-yaratmış sənətkar
Sputnik Azərbaycan
Ağaxan Salmanlı yaşının ahıl çağında da təzə ideyalar və enerji ilə zəngin bir sənətkar idi. Yeni yaradıcılıq planlarını həyata keçirməyə ömür vəfa etmədi. 29.10.2021, Sputnik Azərbaycan
2021-10-29T19:19+0400
2021-10-29T19:19+0400
2021-10-29T19:53+0400
xalq artisti ağaxan abdullayev
mədəniyyət
kino
teatr
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434697238_0:0:800:450_1920x0_80_0_0_4c3b943d961e24dd241e4dd690c5239b.jpg
BAKI, 29 oktyabr — Sputnik. Bu gün mərhum Xalq artisti, sevilən aktyor Ağaxan Salmanlının 80 illik yubiley günüdür. Sputnik Azərbaycan xəbər verir ki, Ağaxan Salmanlı 1941-ci ildə Suraxanıda anadan olub. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində, Rza Təhmasibin kursunda alıb. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının "Bahar oğlu" əsərində canlandırdığı Cəfər Cabbarlı rolu ilə başlayıb.Əlli il Gənc Tamaşaçılar Teatrında çalışan aktyor ən müxtəlif rolları ilə tamaşaçı sevgisini qazanıb. Eyni zamanda o, "İstintaq davam edir", "Axırıncı aşırım", "Ötən ilin son gecəsi", "Arxadan vurulan zərbə", "Alma almaya bənzər", "Güllələnmə təxirə salınır", "Ordan-burdan" kimi teletamaşa və bədii filmlərdə də unudulmaz obrazlar yaradıb.Tamaşaçıların sevimlisi olan aktyor 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilib. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.Aktyorluq fəaliyyəti ilə eyni zamanda Ağaxan Salmanlı müxtəlif səhnə əsərlərinə quruluş verib. Quruluş verdiyi sevilən tamaşalar bu gün də teatrın repertuarındadır. Ömrünün son illərində Gənc Tamaşaçılar Teatrı səhnəsində hazırladığı "Möcüzəli pillələr" əsəri xüsusi yer tutur. Bu tamaşanı o, balacaların teatrla ilkin tanışlığı məqsədi ilə hazırlamışdı. Balaca tamaşaçılara qoşulub teatrın sirlərindən danışan aktyor sanki onlarla həmyaşıd olurdu. Ağaxan Salmanlı yaşının ahıl çağında da təzə ideyalar və enerji ilə zəngin bir sənətkar idi. Yeni yaradıcılıq planlarını həyata keçirməyə ömür vəfa etmədi.O, 29 fevral 2020-ci ildə səhər saatlarında qəflətən vəfat etdi. Onun xatirəsi doğmalarının, tamaşaçılarının, sənətini sevənlərin qəlbində əbədi yaşayacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1d/434697238_100:0:700:450_1920x0_80_0_0_851f744598abc41cf404a6d18e913331.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xalq artisti ağaxan abdullayev, kino, teatr
xalq artisti ağaxan abdullayev, kino, teatr
Yarım əsr yaşayıb-yaratmış sənətkar
19:19 29.10.2021 (Yenilənib: 19:53 29.10.2021) Ağaxan Salmanlı yaşının ahıl çağında da təzə ideyalar və enerji ilə zəngin bir sənətkar idi. Yeni yaradıcılıq planlarını həyata keçirməyə ömür vəfa etmədi.
BAKI, 29 oktyabr — Sputnik. Bu gün mərhum Xalq artisti, sevilən aktyor
Ağaxan Salmanlının 80 illik yubiley günüdür.
Sputnik Azərbaycan xəbər verir ki, Ağaxan Salmanlı 1941-ci ildə Suraxanıda anadan olub. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində, Rza Təhmasibin kursunda alıb. Peşəkar səhnə fəaliyyətinə
Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının
"Bahar oğlu" əsərində canlandırdığı Cəfər Cabbarlı rolu ilə başlayıb.
Əlli il Gənc Tamaşaçılar Teatrında çalışan aktyor ən müxtəlif rolları ilə tamaşaçı sevgisini qazanıb. Eyni zamanda o, "İstintaq davam edir", "Axırıncı aşırım", "Ötən ilin son gecəsi", "Arxadan vurulan zərbə", "Alma almaya bənzər", "Güllələnmə təxirə salınır", "Ordan-burdan" kimi teletamaşa və bədii filmlərdə də unudulmaz obrazlar yaradıb.
Tamaşaçıların sevimlisi olan aktyor 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilib. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Aktyorluq fəaliyyəti ilə eyni zamanda Ağaxan Salmanlı müxtəlif səhnə əsərlərinə quruluş verib. Quruluş verdiyi sevilən tamaşalar bu gün də teatrın repertuarındadır. Ömrünün son illərində Gənc Tamaşaçılar Teatrı səhnəsində hazırladığı "Möcüzəli pillələr" əsəri xüsusi yer tutur. Bu tamaşanı o, balacaların teatrla ilkin tanışlığı məqsədi ilə hazırlamışdı.
Balaca tamaşaçılara qoşulub teatrın sirlərindən danışan aktyor sanki onlarla həmyaşıd olurdu. Ağaxan Salmanlı yaşının ahıl çağında da təzə ideyalar və enerji ilə zəngin bir sənətkar idi. Yeni yaradıcılıq planlarını həyata keçirməyə ömür vəfa etmədi.
O, 29 fevral 2020-ci ildə səhər saatlarında qəflətən vəfat etdi. Onun xatirəsi doğmalarının, tamaşaçılarının, sənətini sevənlərin qəlbində əbədi yaşayacaq.