https://sputnik.az/20211029/ran-ve-dunya-gucleri-nuve-danisiqlarinin-berpasi-ucun-yol-axtarir-434724421.html
İran və dünya gücləri nüvə danışıqlarının bərpası üçün yol axtarırlar
İran və dünya gücləri nüvə danışıqlarının bərpası üçün yol axtarırlar
Sputnik Azərbaycan
Biz İran da daxil olmaqla başqa tərəfdaşlarımızla nüvə danışıqlarının bərpası və yenidən bir araya gəlmək üçün görüş tarixi müəyyənləşdirməyə çalışırıq. 29.10.2021, Sputnik Azərbaycan
2021-10-29T22:13+0400
2021-10-29T22:13+0400
2021-10-29T23:02+0400
dünya xəbərləri
nüvə sazişi
avropa ittifaqı
iran
https://cdnn1.img.sputnik.az/img/41759/43/417594369_0:158:2910:1795_1920x0_80_0_0_380b71580905e3543dc2717cd353a25d.jpg
BAKI, 29 oktyabr — Sputnik. İran və dünya gücləri 2015-ci ildən əldə olunmuş nüvə sazişini canlandırmaq üçün Vyana nüvə danışıqlarını bərpa etməklə bağlı razılaşmağa çalışırlar. Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir ki, bu barədə cümə günü Avropa İttifaqının sözçüsü Peter Stano məlumat verib.İran tərəfinin danışıqlardakı rəhbəri də oktyabrın 27-də Brüsseldə keçirilən görüşlərdən sonra bildirib ki, bu ilin noyabrın sonuna qədər danışıqlar bərpa edilə bilər.Avropa İttifaqının nümayəndəsi Peter Stano oktyabrın 27-də Brüsseldə keçirilmiş görüşü faydalı hesab etdiyini bildirib və qeyd edib ki, bu görüş danışıqların bərpası üçün yeni yolun tapılmasını müyyənləşdirməyə kömək edib.Qeyd edək ki, üç il əvvəl ABŞ-ın sabiq prezidenti Donald Trampın nüvə razılaşmasından çəkilməsindən sonra danışıqlar dayandırılıb. İranda mühafizəkarların namizədi İbrahim Rəisinin prezident seçilməsindən sonra danışıqların bərpasının çətin olacağı düşünülür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41759/43/417594369_179:0:2910:2048_1920x0_80_0_0_66c7837c5c2ded8a0e6877d028b6cf07.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nüvə sazişi, avropa ittifaqı, iran
nüvə sazişi, avropa ittifaqı, iran
İran və dünya gücləri nüvə danışıqlarının bərpası üçün yol axtarırlar
22:13 29.10.2021 (Yenilənib: 23:02 29.10.2021) Biz İran da daxil olmaqla başqa tərəfdaşlarımızla nüvə danışıqlarının bərpası və yenidən bir araya gəlmək üçün görüş tarixi müəyyənləşdirməyə çalışırıq.
BAKI, 29 oktyabr — Sputnik. İran və dünya gücləri 2015-ci ildən əldə olunmuş nüvə sazişini canlandırmaq üçün Vyana nüvə danışıqlarını bərpa etməklə bağlı razılaşmağa çalışırlar.
Sputnik Azərbaycan "Reuters"ə istinadən xəbər verir ki, bu barədə cümə günü
Avropa İttifaqının sözçüsü
Peter Stano məlumat verib.
İran tərəfinin danışıqlardakı rəhbəri də oktyabrın 27-də Brüsseldə keçirilən görüşlərdən sonra bildirib ki, bu ilin noyabrın sonuna qədər danışıqlar bərpa edilə bilər.
Avropa İttifaqının nümayəndəsi Peter Stano oktyabrın 27-də Brüsseldə keçirilmiş görüşü faydalı hesab etdiyini bildirib və qeyd edib ki, bu görüş danışıqların bərpası üçün yeni yolun tapılmasını müyyənləşdirməyə kömək edib.
"Biz İran da daxil olmaqla başqa tərəfdaşlarımızla nüvə danışıqlarının bərpası və yenidən bir araya gəlmək üçün görüş tarixi müəyyənləşdirməyə çalışırıq. Apreldən etibarən Tehran və digər 6 güc 2018-ci ildən dayandırılmış nüvə danışıqlarının bərpası ilə bağlı müzakirələr aparır", - deyə Aİ nümayəndəsi bildirib.
Qeyd edək ki, üç il əvvəl ABŞ-ın sabiq prezidenti Donald Trampın nüvə razılaşmasından çəkilməsindən sonra danışıqlar dayandırılıb. İranda mühafizəkarların namizədi İbrahim Rəisinin prezident seçilməsindən sonra danışıqların bərpasının çətin olacağı düşünülür.