Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Qonşu ölkələrlə müqayisədə Azərbaycanda boşanmaların sayı çoxdur: Milli Məclis narahatdır

© Sputnik / Murad OrujovMilli Məclis
Milli Məclis - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Abunə olmaq
Milli Məclisin iclasında deputat Məlahət İbrahimqızı boşanmaların artmasından danışıb, məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin nəzdinə verilməsini təklif edib
BAKI, 29 oktyabr — Sputnik. Azərbaycanda boşanmalar sürətlə artır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.
"Qonşu ölkələrlə müqayisədə Azərbaycanda boşanmaların sayı çoxdur. Hətta Rusiyada artıq ailə məhkəmələrinin yaradılması barədə qərar qəbul edilib. Biz də boşanmaların sayının azalması üçün tədbirlər görməliyik", - deyə deputat diqqətə çatdırıb.
Deputat məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin nəzdinə verilməsini də təklif edib: "Son 10 ildə məktəbəqədər təhsil müəssisələri Bakı Şəhər İcra Hakimiyyətinin nəzdinə verilib. Bu gün insanların məktəbəqədər müəssisələrdə işlə təminatı ilə bağlı problemlər var. Bütün təhsil siyasəti və onun ideoloji işi Təhsil Nazirliyi tərəfindən aparılmalıdır. Artıq vaxtı çatıb ki, məktəbəqədər təhsil müəssisələrini də Təhsil Nazirliyinin nəzdinə verək. Çünki təhsil sahəsində çox böyük islahatlar aparılır. Uşaqların təhsili ilk məktəbəqədər təhsildən başlayır".
Həmçinin oxuyun:
Alimentdən qaçan kişiləri mətbuat tapmalıdır?
Ölkəmizdə boşanmaların sayı bilindi
Xəbər lenti
0