https://sputnik.az/20211029/pasinyan-vaxtile-yatdigi-qazamati-baglatdirir-434721612.html
Paşinyan vaxtilə yatdığı qazamatı bağlatdırır?
Paşinyan vaxtilə yatdığı qazamatı bağlatdırır?
Sputnik Azərbaycan
Ermənistan Nazirlər Kabinetinin iclasında Ədliyyə Nazirliyinin "Razdan" və "Koş" cəzaçəkmə müəssisələrinin bağlanması haqqında layihə təsdiqlənib. 29.10.2021, Sputnik Azərbaycan
2021-10-29T19:48+0400
2021-10-29T19:48+0400
2021-10-29T20:21+0400
dünya xəbərləri
nazirlər kabineti
ermənistan
cəzaçəkmə müəssisəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/06/19/427317772_0:0:2828:1591_1920x0_80_0_0_160545c88d0a83fd94ddc0e3721d8d16.jpg
BAKI, 29 oktyabr — Sputnik. Ermənistanda iki həbsxananın bağlanması haqqında qərar qəbul olunub Sputnik Ermənistan-ın xəbərinə görə, oktyabrın 28-də bu ölkənin Nazirlər Kabinetinin iclasında Ədliyyə Nazirliyinin "Razdan" və "Koş" cəzaçəkmə müəssisələrinin bağlanması haqqında layihə təsdiqlənib.Layihədə qeyd olunur ki, Razdan və Koş cəzaçəkmə müəssisələrində iş yükü ilə bağlı problemlər var. Bundan başqa, Razdan həbsxanası yaşayış binalarından cəmi bir neçə metr aralıda yerləşir ki, bu da həbsxanaya qadağan olunmuş əşyaların daxil olmasını asanlaşdırır. Qərara əsasən, 2022-ci il yanvarın 1-dək məhkumlar həmin cəzaçəkmə müəssisələrindən başqa yerə köçürülməlidirlər.Ancaq Ermənistan Helsinki Komitəsinin sədri, hüquq müdafiəçisi Avetik İşxanyan Sputnik Ermənistana sözügedən həbsxanaların qapadılması qərarının altında tamamilə başqa səbəbin yatdığını bildirib. Onun sözlərinə görə, əsas səbəb təhlükəsizlik deyil. İşxanyan bildirib ki, əgər belə problemlər həqiqətən də mövcud idisə, o zaman Ədliyyə Nazirliyi onların aradan qaldırılmasına çalışmalı idi.Hüquq müdafiəçisi sözügedən qərarı vaxtilə "Koş" cəzaçəkmə müəssisəsində saxlanılan Ermənistanın Baş naziri Nikol Paşinyanın həmin yerlə bağlı mənfi xatirələrini silmək cəhdi kimi qiymətləndirib.Qeyd edək ki, 2010-cu ilin yanvarında Yerevanın Mərkəzi və Nork-Maraş inzibati rayon məhkəməsi Paşinyanı 2008-ci il martın 1-2-də bir qrup şəxslə Yerevanda kütləvi iğtişaşlar təşkil etdiyinə görə, 7 il müddətinə azadlıqdan məhrum edib. O, bir il 11 ay həbsdə yatdıqdan sonra 2011-ci ilin mayında amnistiyaya aktı nəticəsində azadlığa buraxılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/19/427317772_97:0:2828:2048_1920x0_80_0_0_e4f6f3b3cafc195041fa2c7c47fc6aec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nazirlər kabineti, ermənistan, cəzaçəkmə müəssisəsi
nazirlər kabineti, ermənistan, cəzaçəkmə müəssisəsi
Paşinyan vaxtilə yatdığı qazamatı bağlatdırır?
19:48 29.10.2021 (Yenilənib: 20:21 29.10.2021) Ermənistan Nazirlər Kabinetinin iclasında Ədliyyə Nazirliyinin "Razdan" və "Koş" cəzaçəkmə müəssisələrinin bağlanması haqqında layihə təsdiqlənib.
BAKI, 29 oktyabr — Sputnik. Ermənistanda iki həbsxananın bağlanması haqqında qərar qəbul olunub
Sputnik Ermənistan-ın xəbərinə görə, oktyabrın 28-də bu ölkənin Nazirlər Kabinetinin iclasında Ədliyyə Nazirliyinin "Razdan" və "Koş" cəzaçəkmə müəssisələrinin bağlanması haqqında layihə təsdiqlənib.
Layihədə qeyd olunur ki, Razdan və Koş cəzaçəkmə müəssisələrində iş yükü ilə bağlı problemlər var. Bundan başqa, Razdan həbsxanası yaşayış binalarından cəmi bir neçə metr aralıda yerləşir ki, bu da həbsxanaya qadağan olunmuş əşyaların daxil olmasını asanlaşdırır. Qərara əsasən, 2022-ci il yanvarın 1-dək məhkumlar həmin cəzaçəkmə müəssisələrindən başqa yerə köçürülməlidirlər.
Ancaq Ermənistan Helsinki Komitəsinin sədri, hüquq müdafiəçisi Avetik İşxanyan Sputnik Ermənistana sözügedən həbsxanaların qapadılması qərarının altında tamamilə başqa səbəbin yatdığını bildirib. Onun sözlərinə görə, əsas səbəb təhlükəsizlik deyil. İşxanyan bildirib ki, əgər belə problemlər həqiqətən də mövcud idisə, o zaman Ədliyyə Nazirliyi onların aradan qaldırılmasına çalışmalı idi.
Hüquq müdafiəçisi sözügedən qərarı vaxtilə "Koş" cəzaçəkmə müəssisəsində saxlanılan Ermənistanın Baş naziri Nikol Paşinyanın həmin yerlə bağlı mənfi xatirələrini silmək cəhdi kimi qiymətləndirib.
Qeyd edək ki, 2010-cu ilin yanvarında Yerevanın Mərkəzi və Nork-Maraş inzibati rayon məhkəməsi Paşinyanı 2008-ci il martın 1-2-də bir qrup şəxslə Yerevanda kütləvi iğtişaşlar təşkil etdiyinə görə, 7 il müddətinə azadlıqdan məhrum edib. O, bir il 11 ay həbsdə yatdıqdan sonra 2011-ci ilin mayında amnistiyaya aktı nəticəsində azadlığa buraxılıb.