https://sputnik.az/20211029/milli-meclis-18-oktyabrla-bagli-qerar-verdi-434702643.html
Milli Məclis "18 Oktyabr"la bağlı qərar verdi
Milli Məclis "18 Oktyabr"la bağlı qərar verdi
Sputnik Azərbaycan
Bəzi deputatlar 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olması təklifi ilə çıxış edib. 29.10.2021, Sputnik Azərbaycan
2021-10-29T13:44+0400
2021-10-29T13:44+0400
2021-10-29T13:44+0400
azərbaycan xəbərləri
müstəqillik günü
18 oktyabr
"azərbaycanın müstəqillik günü"
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0f/425973488_0:322:3069:2048_1920x0_80_0_0_47fcc47f83d7c6951e32cc5c6773b762.jpg
BAKI, 29 oktyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən bayram günü elan edilən 28 May - Müstəqillik Günü qeyri-iş günü, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü iş günü hesab olunacaq.Bildirilib ki, Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixli sərəncamı ilə təsdiqlənən "Müstəqillik Günü haqqında" qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunub. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Əmək Məcəlləsinə dəyişiklik isə uyğunlaşdırma xarakteri daşıyır.Qeyd edək ki, deputatlar Fazil Mustafa, Əli Məsimli və Sabir Rüstəmxanlı 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olması təklifi ilə çıxış edib.Spikerin birinci müavini Əli Hüseynli 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olmasını təklif edən deputatlara cavabında deyib ki, biz komitədə məsələni müzakirə edəndə peşəkar hüquqşünaslar dedi ki, bu, texniki dəyişiklikdir. Amma mən bildirdim ki, bu mövzuda çıxış edənlər, populizm axtaranlar olacaq.Ə.Hüseynli bildirib ki, indiyə kimi 18 oktyabra etinasız yanaşma olmayıb: “Burda səsləndirilən fikirlər elə göstərir ki, indiyə kimi 18 oktyabrı qeyd etməmişik. Qeyri-iş günləri həmin günün dəyərini azaltmır. Bu layihə sadəcə texniki xarakter daşıyır, uyğunlaşdırmadır”.Müzakirələrdən sonra Əmək Məcəlləsinə təklif olunan dəyişiklik qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0f/425973488_0:0:2731:2048_1920x0_80_0_0_a0c22d61943e9472cc020f1010580364.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
müstəqillik günü, 18 oktyabr, "azərbaycanın müstəqillik günü"
müstəqillik günü, 18 oktyabr, "azərbaycanın müstəqillik günü"
Milli Məclis "18 Oktyabr"la bağlı qərar verdi
Bəzi deputatlar 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olması təklifi ilə çıxış edib.
BAKI, 29 oktyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən bayram günü elan edilən 28 May - Müstəqillik Günü qeyri-iş günü, 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü iş günü hesab olunacaq.
Bildirilib ki, Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixli sərəncamı ilə təsdiqlənən "Müstəqillik Günü haqqında" qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunub. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Əmək Məcəlləsinə dəyişiklik isə uyğunlaşdırma xarakteri daşıyır.
Qeyd edək ki, deputatlar Fazil Mustafa, Əli Məsimli və Sabir Rüstəmxanlı 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olması təklifi ilə çıxış edib.
Spikerin birinci müavini Əli Hüseynli 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olmasını təklif edən deputatlara cavabında deyib ki, biz komitədə məsələni müzakirə edəndə peşəkar hüquqşünaslar dedi ki, bu, texniki dəyişiklikdir. Amma mən bildirdim ki, bu mövzuda çıxış edənlər, populizm axtaranlar olacaq.
Ə.Hüseynli bildirib ki, indiyə kimi 18 oktyabra etinasız yanaşma olmayıb: “Burda səsləndirilən fikirlər elə göstərir ki, indiyə kimi 18 oktyabrı qeyd etməmişik. Qeyri-iş günləri həmin günün dəyərini azaltmır. Bu layihə sadəcə texniki xarakter daşıyır, uyğunlaşdırmadır”.
Müzakirələrdən sonra Əmək Məcəlləsinə təklif olunan dəyişiklik qəbul edilib.