COVID tətili: Moskvada ilk qeyri-iş günü necə keçib?
COVID tətili: Moskvada ilk qeyri-iş günü necə keçib?
Sputnik Azərbaycan
Rusiyada koronavirusa yoluxma hallarının kəskin artması səbəbindən elan olunan COVID tətili başlayıb. Qonşu ölkədə oktyabrın 28-dən noyabrın 8-nə kimi əksər iş... 29.10.2021, Sputnik Azərbaycan
Oktyabrın 28-dən etibarən Moskvada şəhər infrastrukturunun fəaliyyətini təmin edən, Rusiya Federasiyası Prezidentinin fərmanına uyğun olaraq fasiləsiz işləyən qurumlardan başqa, bütün idarə və təşkilatların işi dayandırılıb.Sputnik Rusiya paytaxtında COVID tətilinin birinci gününün necə keçdiyini izləyib.Tibb işçilərindən yalnız stomatoloqlar və baytarlar COVID tətilinə çıxacaqlar. Səhiyyə sistemi qalan tibbi xidmətlər üzrə adi rejimdə işləyəcək. Peyvənd məntəqələri də öz işini davam etdirəcək – ölkə rəhbərliyi əhalini istirahət günlərindən yararlanaraq koronavirusa qarşı peyvənd olunmağa çağırır.Oktyabrın 28-dən noyabrın 7-nə kimi Moskvada konsert zalları, kinoteatrlar və sirklər də bağlıdır. Bununla belə, teatr və muzeylər QR kodla giriş əsasında fəaliyyət göstərəcək, bir şərtlə ki, maksimum 50 faiz tamaşaçı və ziyarətçi qəbul edilsin.Moskvada kütləvi mədəni, əyləncə və idman tədbirləri keçirilməyəcək.Moskva sakinləri tətil öncəsi kompüter oyunları, ev üçün ağıllı texnika, bağ və təmir malları almağa üstünlük veriblər. Məsafədən işləməyə imkan verən kompüter texnikasına da tələbat artıb: notbukların satışı 1/3 qədər çoxalıb.
Rusiyada koronavirusa yoluxma hallarının kəskin artması səbəbindən elan olunan COVID tətili başlayıb. Qonşu ölkədə oktyabrın 28-dən noyabrın 8-nə kimi əksər iş yerləri fəaliyyət göstərməyəcək.
Oktyabrın 28-dən etibarən Moskvada şəhər infrastrukturunun fəaliyyətini təmin edən, Rusiya Federasiyası Prezidentinin fərmanına uyğun olaraq fasiləsiz işləyən qurumlardan başqa, bütün idarə və təşkilatların işi dayandırılıb.
Sputnik Rusiya paytaxtında COVID tətilinin birinci gününün necə keçdiyini izləyib.
Mağazaların isə əksəriyyəti bağlıdır. Yalnız ərzaq və ilkin tələbat (satışa çıxarılan malların minimum 30% faizi bunlardan ibarət olmalıdır) məhsulları satan mağaza və apteklərə alıcılara xidmət etmək imkanı verilib.
Mağazaların isə əksəriyyəti bağlıdır. Yalnız ərzaq və ilkin tələbat (satışa çıxarılan malların minimum 30% faizi bunlardan ibarət olmalıdır) məhsulları satan mağaza və apteklərə alıcılara xidmət etmək imkanı verilib.
Kafe və restoranlar yalnız sifariş və çatdırılma əsasında işləyəcəklər, ancaq mehmanxana və hostellərin nəzdindəki ictimai iaşə obyektləri öz müştərilərinə və əməkdaşlarına xidmət göstərə biləcəklər.
Kafe və restoranlar yalnız sifariş və çatdırılma əsasında işləyəcəklər, ancaq mehmanxana və hostellərin nəzdindəki ictimai iaşə obyektləri öz müştərilərinə və əməkdaşlarına xidmət göstərə biləcəklər.
Moskvada koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır, şəhərdə yoluxma halları artıb.
Tibb işçilərindən yalnız stomatoloqlar və baytarlar COVID tətilinə çıxacaqlar. Səhiyyə sistemi qalan tibbi xidmətlər üzrə adi rejimdə işləyəcək. Peyvənd məntəqələri də öz işini davam etdirəcək – ölkə rəhbərliyi əhalini istirahət günlərindən yararlanaraq koronavirusa qarşı peyvənd olunmağa çağırır.
Oktyabrın 28-dən noyabrın 7-nə kimi Moskvada konsert zalları, kinoteatrlar və sirklər də bağlıdır. Bununla belə, teatr və muzeylər QR kodla giriş əsasında fəaliyyət göstərəcək, bir şərtlə ki, maksimum 50 faiz tamaşaçı və ziyarətçi qəbul edilsin.
Moskvada kütləvi mədəni, əyləncə və idman tədbirləri keçirilməyəcək.
Moskva sakinləri tətil öncəsi kompüter oyunları, ev üçün ağıllı texnika, bağ və təmir malları almağa üstünlük veriblər. Məsafədən işləməyə imkan verən kompüter texnikasına da tələbat artıb: notbukların satışı 1/3 qədər çoxalıb.