https://sputnik.az/20211029/cbari-tibbi-sigorta-ile-ehate-olunmayan-tibbi-xidmetlerin-qiymetleri-tesdiqlenecek-434704132.html
İcbari tibbi sığorta ilə əhatə olunmayan tibbi xidmətlərin qiymətləri təsdiqlənəcək
İcbari tibbi sığorta ilə əhatə olunmayan tibbi xidmətlərin qiymətləri təsdiqlənəcək
Sputnik Azərbaycan
"Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişiklik edilib. Layihədəki xidmətlərin qiymətlərini icra hakimiyyəti orqanları müəyyənləşdirəcək və tibb... 29.10.2021, Sputnik Azərbaycan
2021-10-29T14:44+0400
2021-10-29T14:44+0400
2021-10-29T14:44+0400
sığorta
səhiyyə
icbari tibbi sığorta üzrə dövlət agentliyi
tibbi ərazi bölmələrini idarəetmə birliyi
təbib
https://cdnn1.img.sputnik.az/img/07e5/04/01/426592394_0:0:3072:1728_1920x0_80_0_0_2d3272135a0c1eb8d13ac524db313cc5.jpg
BAKI, 29 oktyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.Sputnik Azərbaycan xəbər verir ki, layihə barədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.O deyib ki, dəyişikliklər qüvvəyə minəndən sonra tibb müəssisələrində fərqli qiymətlərin olması problemi aradan qaldırılacaq.Dəyişikliyə əsasən xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edəcək.Dəyişiklik icbari tibbi sığorta ilə əhatə olunmayan və dövlət tibb müəssisələri üzrə əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinin təsdiq edilməsinin hüquqi əsasının yaradılması məqsədilə hazırlanıb.Dəyişiklik "Tibbi sığorta haqqında" qanuna uyğun olarsa, xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinin, habelə həmin qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), digər tibb müəssisələrinə münasibətdə isə tabe olduqları dövlət orqanları (qurumları) tərəfindən təsdiq edilməsi ilə bağlı münasibətləri tənzimləyəcək.Deputat bildirib ki, bu gün həssas qrupların bəziləri üçün dövlət proqramları tətbiq edilir. 16-ya yaxın dövlət proqramı var və gələcəkdə bu proqramların da icbari tibbi sığorta ilə bağlı xidmətlər zərfinə daxil edilməsini düşünürük. Ancaq kosmetoloji xidmətlər, stomatoloji xidmətlərin bir hissəsi heç vaxt xidmətlər zərfinə daxil edilməyəcək. Növbəti il üçün xidmətlər zərfinə daxil olan xidmətlərin 3700-ə qaldırılması proqnozlaşdırılır.O qeyd edib ki, zərfə daxil olan xidmətlərin konkret qiymətləri barədə məlumatı İTSDA-nın saytından almaq olar: "Bu qiymətlər açıqdır. Qanun layihəsindəki xidmətlərin qiymətlərini icra hakimiyyəti orqanları müəyyənləşdirəcək və tibb müəssisələrinə göndərəcək".Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/01/426592394_333:0:3064:2048_1920x0_80_0_0_6fde38986838d93d87b4b46a7b78f8a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
sığorta, icbari tibbi sığorta üzrə dövlət agentliyi, tibbi ərazi bölmələrini idarəetmə birliyi, təbib
sığorta, icbari tibbi sığorta üzrə dövlət agentliyi, tibbi ərazi bölmələrini idarəetmə birliyi, təbib
İcbari tibbi sığorta ilə əhatə olunmayan tibbi xidmətlərin qiymətləri təsdiqlənəcək
"Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişiklik edilib. Layihədəki xidmətlərin qiymətlərini icra hakimiyyəti orqanları müəyyənləşdirəcək və tibb müəssisələrinə göndərəcək.
BAKI, 29 oktyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, layihə barədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.
O deyib ki, dəyişikliklər qüvvəyə minəndən sonra tibb müəssisələrində fərqli qiymətlərin olması problemi aradan qaldırılacaq.
Dəyişikliyə əsasən xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edəcək.
Dəyişiklik icbari tibbi sığorta ilə əhatə olunmayan və dövlət tibb müəssisələri üzrə əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinin təsdiq edilməsinin hüquqi əsasının yaradılması məqsədilə hazırlanıb.
Dəyişiklik "Tibbi sığorta haqqında" qanuna uyğun olarsa, xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinin, habelə həmin qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), digər tibb müəssisələrinə münasibətdə isə tabe olduqları dövlət orqanları (qurumları) tərəfindən təsdiq edilməsi ilə bağlı münasibətləri tənzimləyəcək.
Deputat bildirib ki, bu gün həssas qrupların bəziləri üçün dövlət proqramları tətbiq edilir. 16-ya yaxın dövlət proqramı var və gələcəkdə bu proqramların da icbari tibbi sığorta ilə bağlı xidmətlər zərfinə daxil edilməsini düşünürük. Ancaq kosmetoloji xidmətlər, stomatoloji xidmətlərin bir hissəsi heç vaxt xidmətlər zərfinə daxil edilməyəcək. Növbəti il üçün xidmətlər zərfinə daxil olan xidmətlərin 3700-ə qaldırılması proqnozlaşdırılır.
O qeyd edib ki, zərfə daxil olan xidmətlərin konkret qiymətləri barədə məlumatı İTSDA-nın saytından almaq olar: "Bu qiymətlər açıqdır. Qanun layihəsindəki xidmətlərin qiymətlərini icra hakimiyyəti orqanları müəyyənləşdirəcək və tibb müəssisələrinə göndərəcək".
Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.