https://sputnik.az/20211029/azerbaycanin-vatikanda-sefirliyi-acilacaq-434698016.html
Azərbaycanın Vatikanda səfirliyi açılacaq
Azərbaycanın Vatikanda səfirliyi açılacaq
Sputnik Azərbaycan
Milli Məclisdə Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. 29.10.2021, Sputnik Azərbaycan
2021-10-29T12:36+0400
2021-10-29T12:36+0400
2021-10-29T12:49+0400
vatikan
siyasət
səfirlik
milli məclis
azərbaycan səfirlikləri
prezident ilham əliyev
mehriban əliyeva
səməd seyidov
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/19/434561296_0:0:3053:1717_1920x0_80_0_0_97c1f085f971454921d346c0c9ee2bb9.jpg
BAKI, 29 oktyabr — Sputnik. Milli Məclisdə "Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.Sputnik Azərbaycan xəbər verir ki, layihə barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.S. Seyidov bildirib ki, 2016-cı ildə Papa Azərbaycana səfər edib: “2020-ci ilin fevralında Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Vatikanda rəsmi səfərdə olub. Bu əlaqələrin inkişafında Mehriban xanımın dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr müstəsna rol oynayır. Azərbaycanın Vatikanda səfirliyinin təsis edilməsi Azərbaycanın multikultural siyasətinin bariz nümunəsidir. Ümid edirik ki, gələcəkdə Vatikanın da Azərbaycanda səfirliyi təsis edilər”.Deputatlar bildiriblər ki, səfirliyin açılması tərəflər arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək.Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/19/434561296_0:0:2731:2048_1920x0_80_0_0_64af3f25b6e031d5e8523f8f26e6f42d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
vatikan, səfirlik, milli məclis, azərbaycan səfirlikləri, prezident ilham əliyev, mehriban əliyeva, səməd seyidov
vatikan, səfirlik, milli məclis, azərbaycan səfirlikləri, prezident ilham əliyev, mehriban əliyeva, səməd seyidov
Azərbaycanın Vatikanda səfirliyi açılacaq
12:36 29.10.2021 (Yenilənib: 12:49 29.10.2021) Milli Məclisdə Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.
BAKI, 29 oktyabr — Sputnik. Milli Məclisdə "Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, layihə barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib.
S. Seyidov bildirib ki, 2016-cı ildə Papa Azərbaycana səfər edib: “2020-ci ilin fevralında Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Vatikanda rəsmi səfərdə olub. Bu əlaqələrin inkişafında Mehriban xanımın dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr müstəsna rol oynayır. Azərbaycanın Vatikanda səfirliyinin təsis edilməsi Azərbaycanın multikultural siyasətinin bariz nümunəsidir. Ümid edirik ki, gələcəkdə Vatikanın da Azərbaycanda səfirliyi təsis edilər”.
Deputatlar bildiriblər ki, səfirliyin açılması tərəflər arasında əlaqələrin inkişafına mühüm töhfə verəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.