https://sputnik.az/20211029/azerbaycanda-bu-muessiseler-ozellesdirilmeye-cixardildi---siyahi-434706611.html
Azərbaycanda bu müəssisələr özəlləşdirilməyə çıxarıldı - Siyahı
Azərbaycanda bu müəssisələr özəlləşdirilməyə çıxarıldı - Siyahı
Sputnik Azərbaycan
"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin özəlləşdirilməyə çıxarılan müəssisə və obyektlərinin adları məlum olub. 29.10.2021, Sputnik Azərbaycan
2021-10-29T15:40+0400
2021-10-29T15:40+0400
2023-08-16T12:00+0400
manat
iqtisadiyyat
prezident ilham əliyev
özəlləşdirmə
"dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanun
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268532_0:0:2000:1125_1920x0_80_0_0_920fb3f69600286bfc571653b58e7f6e.jpg
BAKI, 29 oktyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında Sərəncam imzalayıb.Sputnik Azərbaycan-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) aşağıdakı müəssisələri və balansında olan obyektlər (bundan sonra – müəssisə və obyektlər) özəlləşdirilməyə açıq elan edilsinlər:1.1. bu Sərəncamın əlavəsində göstərilən hüquqi şəxslər;1.2. siyahısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Cəmiyyətlə razılaşdırılmaqla müəyyən edilən əmlak kompleksləri və qeyri-yaşayış binaları (torpaq sahələri ilə birlikdə), qeyri-yaşayış sahələri.Müəyyən edilir ki, bu Sərəncamın 1-ci hissəsi ilə özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin:- özəlləşdirilməsi üsulları barədə qərarları, onların xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın (bundan sonra – Dövlət Proqramı) 4.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qəbul edir;- özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə verilir.İqtisadiyyat Nazirliyinə tapşırılır ki, müəssisə və obyektlərin özəlləşdirilməsini Dövlət Proqramına uyğun olaraq həyata keçirsin; özəlləşdirmə prosesində müəssisə və obyektlərin investorlar üçün cəlbediciliyinin artırılması məqsədilə məsləhətçi və qiymətləndirici şirkətlər cəlb etməklə onların restrukturizasiyasını (birləşdirilməsi, bölünməsi və digər səmərəli formada yenidən təşkili) təmin etsin, habelə borclarının restrukturizasiyasına və ya silinməsinə (dondurulmasına) dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.Cəmiyyətə tapşırılır ki, müəssisə və obyektlər özəlləşdirilənədək onların idarə olunmasını və əmlakının qorunub saxlanılmasını təmin etsin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək."Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməyə açıq elan edilən müəssisələri aşağıdakılardır:1. "ASK Şüşə" Məhdud Məsuliyyətli Cəmiyyəti;2. "ASK Ayaqqabı Fabriki" Məhdud Məsuliyyətli Cəmiyyəti;3. "Azəripək" Məhdud Məsuliyyətli Cəmiyyəti;4. "ASK Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyəti;5. "ASK İzolit" Məhdud Məsuliyyətli Cəmiyyəti;6. "ASK Şəki SES" Məhdud Məsuliyyətli Cəmiyyəti;7. "ASK Şəki Şərab" Məhdud Məsuliyyətli Cəmiyyəti.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268532_227:0:2000:1330_1920x0_80_0_0_884aca34c5a3f67879716c90bfffa324.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
manat, prezident ilham əliyev, özəlləşdirmə, "dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanun
manat, prezident ilham əliyev, özəlləşdirmə, "dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanun
Azərbaycanda bu müəssisələr özəlləşdirilməyə çıxarıldı - Siyahı
15:40 29.10.2021 (Yenilənib: 12:00 16.08.2023) "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin özəlləşdirilməyə çıxarılan müəssisə və obyektlərinin adları məlum olub.
BAKI, 29 oktyabr — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında Sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) aşağıdakı müəssisələri və balansında olan obyektlər (bundan sonra – müəssisə və obyektlər) özəlləşdirilməyə açıq elan edilsinlər:
1.1. bu Sərəncamın əlavəsində göstərilən hüquqi şəxslər;
1.2. siyahısı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Cəmiyyətlə razılaşdırılmaqla müəyyən edilən əmlak kompleksləri və qeyri-yaşayış binaları (torpaq sahələri ilə birlikdə), qeyri-yaşayış sahələri.
Müəyyən edilir ki, bu Sərəncamın 1-ci hissəsi ilə özəlləşdirilməyə açıq elan edilmiş müəssisə və obyektlərin:
- özəlləşdirilməsi üsulları barədə qərarları, onların xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın (bundan sonra – Dövlət Proqramı) 4.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qəbul edir;
- özəlləşdirilməsində yerli investorlarla yanaşı xarici investorların da iştirakına icazə verilir.
İqtisadiyyat Nazirliyinə tapşırılır ki, müəssisə və obyektlərin özəlləşdirilməsini Dövlət Proqramına uyğun olaraq həyata keçirsin; özəlləşdirmə prosesində müəssisə və obyektlərin investorlar üçün cəlbediciliyinin artırılması məqsədilə məsləhətçi və qiymətləndirici şirkətlər cəlb etməklə onların restrukturizasiyasını (birləşdirilməsi, bölünməsi və digər səmərəli formada yenidən təşkili) təmin etsin, habelə borclarının restrukturizasiyasına və ya silinməsinə (dondurulmasına) dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Cəmiyyətə tapşırılır ki, müəssisə və obyektlər özəlləşdirilənədək onların idarə olunmasını və əmlakının qorunub saxlanılmasını təmin etsin; bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirilməyə açıq elan edilən müəssisələri aşağıdakılardır:
1. "ASK Şüşə" Məhdud Məsuliyyətli Cəmiyyəti;
2. "ASK Ayaqqabı Fabriki" Məhdud Məsuliyyətli Cəmiyyəti;
3. "Azəripək" Məhdud Məsuliyyətli Cəmiyyəti;
4. "ASK Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyəti;
5. "ASK İzolit" Məhdud Məsuliyyətli Cəmiyyəti;
6. "ASK Şəki SES" Məhdud Məsuliyyətli Cəmiyyəti;
7. "ASK Şəki Şərab" Məhdud Məsuliyyətli Cəmiyyəti.