CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yetkinlik yaşına çatmayanlar şəkillərinin Google-dan silinməsini tələb edə bilər

© AFP 2023 / ALASTAIR PIKETelefonun ekranında Google şirkətinin loqosu, arxiv şəkli
Telefonun ekranında Google şirkətinin loqosu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.10.2021
Abunə olmaq
Şəkil silindiyi halda "Şəkillər" bölməsində görünməyəcək, ancaq söhbət onların internetdən təmamilə silinməsindən getmir.
BAKI, 28 oktyabr — Sputnik. ABŞ-ın Google şirkəti, bu sistemdə axtarış nəticələrindən yetkinlik yaşına çatmayanların fotoşəkillərinin silinməsi tələbinə icazə verib. Bu barədə Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir.

"İndi 18 yaşından kiçik hər kəs, həmçinin onların valideynləri və ya qəyyumları axtarış nəticələrindən fotoşəkillərinin silinməsini tələb edə bilər", - deyə Google bloqundakı məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, şəkil silindiyi halda "Şəkillər" bölməsində görünməyəcək, ancaq söhbət onların internetdən təmamilə silinməsindən getmir.
Şirkətdən verilən məlumata görə, yenilik gənclərə "öz elektron izlərinə daha yaxşı nəzarət etməyə" imkan verəcək.
Xəbər lenti
0