Prezident: Azərbaycan-NATO əməkdaşlığında Rumıniya mühüm rol oynayır
"Beləliklə, bizim münasibətlərimiz həm ikitərəfli formatı, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq formatını əhatə edir. Buna görə də burada perspektivlər çoxdur. Fikrimcə, iqtisadi-ticari sahədə və energetika sferasında əməkdaşlıq sahəsində, həm də nəqliyyat sahəsində imkanlar çoxdur. Ona görə ki, bildiyiniz kimi, Azərbaycan ölkənin Avrasiyanın nəqliyyat-logistika mərkəzinə çevrilməsi üçün böyük səy göstərir və bu istiqamətdə böyük işlər görülüb. Lakin çox şey ikitərəfli əlaqələrdən asılıdır. Odur ki, bizim mövcud olan və yaradılmasını planlaşdırdığımız infrastruktur yükgöndərənlər üçün alternativ imkanlar yaradacaq. Beləliklə, bu sahədə də əməkdaşlığa ümid edirik. Lakin bütün başqa istiqamətlər üzrə də biz sizin ölkənizlə əməkdaşlıq üçün həmişə açıq olmuşuq. Zənnimcə, biz bunu qarşılıqlı maraqlar əsasında davam etdirəcəyik".