https://sputnik.az/20211028/pesekar-muhasib-sertifikati-almaq-ucun-imtahana-qeydiyyat-davam-edir-434658105.html
Peşəkar mühasib sertifikatı almaq üçün imtahana qeydiyyat davam edir
Peşəkar mühasib sertifikatı almaq üçün imtahana qeydiyyat davam edir
Sputnik Azərbaycan
Müqavilə imzalanan zaman DİM-ə ödəniş edəcək namizədlərin adı, soyadı, ata adı, doğum tarixləri (gün, ay, il), şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi əlavə... 28.10.2021, Sputnik Azərbaycan
2021-10-28T10:26+0400
2021-10-28T10:26+0400
2021-10-28T10:33+0400
cəmiyyət
peşəkar
sertifikat
mühasib
dim
https://cdnn1.img.sputnik.az/img/40391/10/403911006_0:75:2000:1200_1920x0_80_0_0_902908d073395f78cf48451336bab4d9.jpg
BAKI, 27 oktyabr — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün keçiriləcək imtahana qeydiyyat davam edir. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, imtahanın birinci mərhələsi üzrə qeydiyyat noyabrın 7-dək, ikinci mərhələsi üzrə qeydiyyat noyabrın 14-dək aparılacaq.İmtahanın birinci mərhələsi (mühasibat uçotu) noyabrın 21-də, ikinci mərhələsi (qanunvericilik) isə noyabrın 28-də keçiriləcək. Qeydiyyat DİM-in rəsmi internet səhifəsində yerləşdirilmiş müvafiq linklər vasitəsilə aparılır. İmtahan mərhələsi ödənişlidir və hər mərhələ üzrə iştirak haqqı 50 manatdır.Qeyd edək ki, fiziki və hüquqi şəxslər imtahanlarda iştirak edəcək namizədlərin ödənişlərini köçürmə yolu ilə də apara bilərlər. Bunun üçün DİM ilə müvafiq müqavilə bağlayıb, bank vasitəsilə ödəniş etmək lazımdır. Müqavilənin bağlanılması üçün "Kommersiya və marketinq" sektoruna aşağıda göstərilən əlaqə nömrələri vasitəsilə müraciət edilməlidir.Əlaqə nömrələri: 0123105316 daxili 17-05; 17-04Müqavilə imzalanan zaman DİM-ə ödəniş edəcək namizədlərin adı, soyadı, ata adı, doğum tarixləri (gün, ay, il), şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi əlavə siyahı formasında təqdim olunmalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40391/10/403911006_119:0:1719:1200_1920x0_80_0_0_8ae4c2561fb50e52b0fe14d905cef788.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
peşəkar, sertifikat, mühasib, dim
peşəkar, sertifikat, mühasib, dim
Peşəkar mühasib sertifikatı almaq üçün imtahana qeydiyyat davam edir
10:26 28.10.2021 (Yenilənib: 10:33 28.10.2021) Müqavilə imzalanan zaman DİM-ə ödəniş edəcək namizədlərin adı, soyadı, ata adı, doğum tarixləri (gün, ay, il), şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi əlavə siyahı formasında təqdim olunmalıdır.
BAKI, 27 oktyabr — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən
peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün keçiriləcək imtahana qeydiyyat davam edir.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, imtahanın birinci mərhələsi üzrə qeydiyyat noyabrın 7-dək, ikinci mərhələsi üzrə qeydiyyat noyabrın 14-dək aparılacaq.
İmtahanın birinci mərhələsi (mühasibat uçotu) noyabrın 21-də, ikinci mərhələsi (qanunvericilik) isə noyabrın 28-də keçiriləcək. Qeydiyyat DİM-in rəsmi internet səhifəsində yerləşdirilmiş müvafiq linklər vasitəsilə aparılır. İmtahan mərhələsi ödənişlidir və hər mərhələ üzrə iştirak haqqı 50 manatdır.
Qeyd edək ki, fiziki və hüquqi şəxslər imtahanlarda iştirak edəcək namizədlərin ödənişlərini köçürmə yolu ilə də apara bilərlər. Bunun üçün DİM ilə müvafiq müqavilə bağlayıb, bank vasitəsilə ödəniş etmək lazımdır. Müqavilənin bağlanılması üçün "Kommersiya və marketinq" sektoruna aşağıda göstərilən əlaqə nömrələri vasitəsilə müraciət edilməlidir.
Əlaqə nömrələri: 0123105316 daxili 17-05; 17-04
Müqavilə imzalanan zaman DİM-ə ödəniş edəcək namizədlərin adı, soyadı, ata adı, doğum tarixləri (gün, ay, il), şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi əlavə siyahı formasında təqdim olunmalıdır.