CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən gün toylara görə daha 19 nəfər cərimələnib

© Pexels Tae FullerToy stolu, arxiv şəkli
Toy stolu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.10.2021
Abunə olmaq
Monitorinqlər nəticəsində 462 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
BAKI, 28 oktyabr — Sputnik. Oktyabrın 27-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 72 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, monitorinq 58 şadlıq sarayında, 14 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 19 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 462 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Xəbər lenti
0