QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Deputat: "Bərdə terroru düşmənin meydanda məğlubiyyətinin daha bir sübutu idi"

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidBərdə raket atəşindən sonra
Bərdə raket atəşindən sonra - Sputnik Azərbaycan, 1920, 28.10.2021
Abunə olmaq
BAKI, 28 oktyabr — Sputnik. "Bərdədə törədilən terror hadisəsi düşmənin meydanda məğlubiyyətinin daha bir sübutu idi”.
Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım Bərdədə şəhid olan mülki sakinlərin anım mərasimində jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, hazırda azad olunmuş torpaqlarımızda bərpa işləri daha sürətlə aparılır və bu, erməniyə ən böyük dərsdir.
"Azərbaycan xalqı öz torpaqlarını qan bahasına geri aldı. Bu meydanda çox mülki şəxsimiz həlak olub. Bunların arasında yaşlılar, cavanlar, uşaqlar da vardı. Bir neçə gün sonra Azərbaycan xalqı Zəfər bayramının bir illiyini qeyd edəcək. Təəssüf ki, biz bu gün terrorun da bir illiyini qeyd edirik. Biz bu cür anımları hər il qeyd etməliyik ki, gələcək nəsillər bu barədə xəbərdar olsunlar.
Bərdədə törədilmiş terror hadisəsi düşmənin meydanda məğlubiyyətinin daha bir sübutu idi. Düşmən qaçır, Azərbaycan Ordusu isə şücaətlə irəliləyirdi. Bu faktla barışa bilməyən düşmən mülki əhalimizi hədəfə alırdı. Çünki düşmənin gücü ancaq buna yetirdi. Ali Baş Komandanın rəhbərliyi ilə biz bütün ordumuza minnətdarıq. Şəhidlərimizin qarşısında baş əyirik! Biz torpaqlarımızı azad eləmişik. Biz ərazi bütövlüyümüzü bərpa eləmişik. Və bu gün o bölgələrdə Azərbaycan bayrağı qürurla dalğalanır”.
© Sputnik / Emin AlisahibMillət vəkili Fatma Yıdırım
Millət vəkili Fatma Yıdırım - Sputnik Azərbaycan, 1920, 28.10.2021
Millət vəkili Fatma Yıdırım
“Gördüyümüz bax bu məkanda Vətən torpağına qanı tökülən insanlarımızın doğmaları o vəhşətin, o ağrının içərisində Vətən üçün, torpaq üçün bu yürüşün davam etməyini arzuladı”.
Bu fikirləri jurnalistlərə açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib. O bildirib ki, bərdəlilərin birliyi, sarsılmazlığı qələbəyə gedən yolu bir az da asanlaşdırdı: “Xalq qələbə istədi. Zəfər deyə hayqırdı. Bilirsiniz ki, o canlı yayımlar hər yerdə, o cümlədən Ermənistanda da göstərilməkdə idi. Onlar gördülər ki, ən ağır silahlarla bu milləti saxlamaq mümkün deyil. Torpaq hissinin qabağında heç bir raket dayana bilmədi. Ali Baş Komandanın həmin günlər millətimizə müraciəti səfərbərliyin ən yüksək zirvəsi oldu. Bu səfərbərlik qələbəmizin mənəvi, ruhi, psixoloji, iqtisadi, siyasi, etnik, milli, ordu ilə birgə arxa və ön cəbhənin birləşməsini, vahid cəbhəni yaratdı və düşmən üzərində qələbəyə səbəb oldu. Beləliklə Bərdə əhalisi həmişə göstərdiyi böyük coşqunu, iradəni, vətənpərvərliyi və yüksək gücü bu qələbədə də nümayiş etdirdi”.
© Sputnik / Emin AlisahibMillət vəkili Zahid Oruc
Millət vəkili Zahid Oruc - Sputnik Azərbaycan, 1920, 28.10.2021
Millət vəkili Zahid Oruc
Zahid Oruc əlavə edib ki, oktyabrın 28-də Bərdəyə atılan raket, insanlara vurulan zərbə noyabrın 8-nə gedən yolun növbəti bir mərhələsi oldu. Deputat qeyd edib ki, o səbəbdən də biz bu günü həm də qürur hissi ilə qeyd etməliyik.
Qeyd edək ki, bu gün ermənilərin Bərdə şəhərində törətdikləri terror aktından bir il ötür və terror qurbanlarının anım mərasimi keçirilib. Tədbir terror aktı baş verən ərazidə, Bərdə şəhəri Bakı küçəsində qurulmuş xatirə lövhəsinin qarşısında təşkil olunub. Mərasimdə millət vəkilləri, rayon rəsmiləri, Bərdə sakinləri ilə yanaşı, ölkənin müxtəlif bölgələrindən gələn insanlar iştirak ediblər. Mərasimdə şəhidlərin, o cümlədən Bərdə terrorunun qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Abidə üzərinə gül dəstələri düzülüb.
Eləcə də oxuyun:
* Bərdə terrorunun şahidi: "Müharibəni ermənilər bizim evin içinə gətirdilər"
* Beynəlxalq məhkəmələr Bərdə işini icraata götürüb - millət vəkili
* Faciənin 1 ili: İndi Aysunun məzarını məktəb çantası, geyimləri və dəftər-qələmi bəzəyir
* Bərdə erməni terrorunun qurbanlarını anır: "Düşmən günahsız anamı məndən aldı"
Xəbər lenti
0