DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Belarus 400 nəfər SS-çinin cəzalandırılmasını tələb edir

© Sputnik / Oksana Dzhadan / Mediabanka keçidSS legionerlərinin yürüşü, arxiv şəkli
SS legionerlərinin yürüşü, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.10.2021
Abunə olmaq
Söhbət Böyük Vətən müharibəsi dövründə bilavasitə Belarus ərazisində inыanları qətlə yetirmiş SS bölmələrinin 400-dən çox üzvündən gedir.
BAKI, 28 oktyabr - Sputnik. Böyük Vətən müharibəsi dövründə Belorusiya SSR-də genosid törətmiş 400 nəfər faşist SS-çinin hələ də sağ olması aşkara çıxarılıb. RİA Novosti xəbər verir ki, bunu Belarusun baş prokuroru Andrey Şved deyib.
Onun sözlərinə görə, hazırda Rusiya Minskə sağ qalmış SS-çilərin yerinin müəyyən edilməsində yardım edir.
© БелТА / Mediabanka keçidА.Швед генеральный прокурор Белоруссии
А.Швед генеральный прокурор Белоруссии - Sputnik Azərbaycan, 1920, 28.10.2021
А.Швед генеральный прокурор Белоруссии

"Rusiyalı həmkarlarımız bəzi sağ nasistlərin yeri barədə məlumatlar verirlər. Həmin məlumatlar sayəsində biz yoxlama apararaq əmin olmuşuq ki, bu zalımların hələ də yaşayır. Biz ən azı 17 ölkənin hüquq-mühafizə orqanları qarşısında bu şəxslərin törətdikləri cinayətlərə görə cəzalandırılması barədə məыələ qaldırmışıq", - deyə Şved bu gün rusiyalı həmkarı İqor Krasnovla Minskdə keçirilmiş görüşündən sonra bildirib.

Baş prokuror həmçinin deyib ki, "hazırda söhbət Böyük Vətən müharibəsi dövründə bilavasitə Belarus ərazisində inыanları qətlə yetirmiş SS bölmələrinin 400-dən çox üzvündən gedir".
Xəbər lenti
0