https://sputnik.az/20211028/agdamda-qollari-meftille-bagli-kisi-ve-qadin-skeleti-tapildi--arasdirma-aparilir-434661245.html
Ağdamda qolları məftillə bağlı kişi və qadın skeleti tapıldı – Araşdırma aparılır
Ağdamda qolları məftillə bağlı kişi və qadın skeleti tapıldı – Araşdırma aparılır
Sputnik Azərbaycan
Bərdə-Ağdam yolunun təxminən 37-ci km-də yol tikintisi texnikaları qazıntı işləri apararkən skeletlər aşkarlanıb. 28.10.2021, Sputnik Azərbaycan
2021-10-28T11:47+0400
2021-10-28T11:47+0400
2021-10-28T11:58+0400
azərbaycan xəbərləri
skelet
ağdam
prokurorluq
aşkar
https://cdnn1.img.sputnik.az/img/41358/95/413589559_0:65:2001:1190_1920x0_80_0_0_b074aa5ba7971d5c9a981abacedb2fe7.jpg
BAKI, 28 oktyabr — Sputnik. Prokurorluq Ağdamın işğaldan azad olunmuş ərazisində qolları məftillə bağlı kişi və qadın skeletinin tapılması ilə bağlı araşdırma aparır.Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində "Körpü-Bina Tikinti" MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus insan sümükləri aşkar edilib. Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.Qeyd edək ki, Bərdə-Ağdam yolunun təxminən 37-ci km-də yol tikintisi texnikaları qazıntı işləri apararkən skeletlər aşkarlanıb. Sümüklər təxminən əsas yoldan 300 metr kənarda, yol yatağının torpaqla təmin edilməsi üçün aparılan qazıntı işləri zamanı ortaya çıxıb.Skeleti tapılan şəxslərin paltarlı basdırıldığı müəyyən olunub.Şahidlərin dediklərinə görə, sümüklərin ətrafındakı paltar qalıqları qadın və kişiyə aid olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41358/95/413589559_0:0:1707:1280_1920x0_80_0_0_bf9c1d2436876cd7d877296080c7c9eb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
skelet, ağdam, prokurorluq, aşkar
skelet, ağdam, prokurorluq, aşkar
Ağdamda qolları məftillə bağlı kişi və qadın skeleti tapıldı – Araşdırma aparılır
11:47 28.10.2021 (Yenilənib: 11:58 28.10.2021) Bərdə-Ağdam yolunun təxminən 37-ci km-də yol tikintisi texnikaları qazıntı işləri apararkən skeletlər aşkarlanıb.
BAKI, 28 oktyabr — Sputnik. Prokurorluq Ağdamın işğaldan azad olunmuş ərazisində qolları məftillə bağlı kişi və qadın skeletinin tapılması ilə bağlı araşdırma aparır.
Baş Prokurorluğun mətbuat xidmətindən
Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində "Körpü-Bina Tikinti" MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus insan sümükləri aşkar edilib. Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Bərdə-Ağdam yolunun təxminən 37-ci km-də yol tikintisi texnikaları qazıntı işləri apararkən skeletlər aşkarlanıb. Sümüklər təxminən əsas yoldan 300 metr kənarda, yol yatağının torpaqla təmin edilməsi üçün aparılan qazıntı işləri zamanı ortaya çıxıb.
Skeleti tapılan şəxslərin paltarlı basdırıldığı müəyyən olunub.
Şahidlərin dediklərinə görə, sümüklərin ətrafındakı paltar qalıqları qadın və kişiyə aid olub.