https://sputnik.az/20211027/sehid-aileleri-ve-muharibe-elilleri-ile-bagli-zefer-altsistemi-yaradilib-434634355.html
Şəhid ailələri və müharibə əlilləri ilə bağlı "Zəfər" altsistemi yaradılıb
Şəhid ailələri və müharibə əlilləri ilə bağlı "Zəfər" altsistemi yaradılıb
Sputnik Azərbaycan
"Zəfər" altsistemində habelə şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin və müharibə veteranlarının reyestri aparılacaq. 27.10.2021, Sputnik Azərbaycan
2021-10-27T15:25+0400
2021-10-27T15:25+0400
2021-10-27T15:25+0400
qazi
cəmiyyət
reyestr
şəhid ailələri
vətən müharibəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426078606_90:0:1770:945_1920x0_80_0_0_d3cf15c7be152b3fac8efe6d56289a9d.jpg
BAKI, 27 oktyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində "Zəfər" altsistemi yaradılıb.Sputnik Azərbaycan bildirir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərman şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi, o cümlədən həmin məlumatların sistemləşdirilməsi və axtarışının avtomatlaşdırılması məqsədilə imzalanıb.Sənədə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi altsistemin formalaşdırılmasını 1 (bir) ay müddətində təmin etməli, Fərmanda nəzərdə tutulan dövlət orqanlarının altsistemə çıxışını təmin etməlidir.Quruma həmçinin altsistemə daxil ediləcək məlumatların, habelə qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə zəruri tədbirlər görmək, "Əlillik" (TSERAS) altsistemindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatların altsistemə ötürülməsini təmin etmək həvalə olunub.Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, şəhid və şəhid ailəsi statusu almış şəxslər, müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatlar "Zəfər" altsistemi vasitəsilə toplanacaq və sistemləşdiriləcək.Fərmana əsasən, "Zəfər" altsistemində habelə şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin və müharibə veteranlarının reyestri aparılacaq.Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu, habelə müharibə veteranı statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı altsistemə daxil edəcəklər.Eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) strukturuna daxil olan reyestrlərin sayı artırılıb.Yeni yaradılan reyestrlər aşağıdakılardır:- "Məşğul şəxslərin" reyestri;- "Əlilliyi olan şəxslərin" reyestri;- "Şəhid və şəhid ailəsi statusu almış şəxslərin" reyestri;- "Müharibə veteranları" reyestri.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426078606_300:0:1560:945_1920x0_80_0_0_9aac84ce0f1b0949c080a69d46e30c42.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qazi, reyestr, şəhid ailələri, vətən müharibəsi
qazi, reyestr, şəhid ailələri, vətən müharibəsi
Şəhid ailələri və müharibə əlilləri ilə bağlı "Zəfər" altsistemi yaradılıb
"Zəfər" altsistemində habelə şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin və müharibə veteranlarının reyestri aparılacaq.
BAKI, 27 oktyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində "Zəfər" altsistemi yaradılıb.
Sputnik Azərbaycan bildirir ki, bununla bağlı Prezident
İlham Əliyev fərman imzalayıb. Fərman şəhid və şəhid ailəsi statusu almış şəxslərə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və müharibə veteranlarına dair məlumatların mübadiləsi mexanizminin təkmilləşdirilməsi, o cümlədən həmin məlumatların sistemləşdirilməsi və axtarışının avtomatlaşdırılması məqsədilə imzalanıb.
Sənədə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi altsistemin formalaşdırılmasını 1 (bir) ay müddətində təmin etməli, Fərmanda nəzərdə tutulan dövlət orqanlarının altsistemə çıxışını təmin etməlidir.
Quruma həmçinin altsistemə daxil ediləcək məlumatların, habelə qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə zəruri tədbirlər görmək, "Əlillik" (TSERAS) altsistemindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatların altsistemə ötürülməsini təmin etmək həvalə olunub.
Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, şəhid və şəhid ailəsi statusu almış şəxslər, müharibə veteranları və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər barədə məlumatlar "Zəfər" altsistemi vasitəsilə toplanacaq və sistemləşdiriləcək.
Fərmana əsasən, "Zəfər" altsistemində habelə şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin və müharibə veteranlarının reyestri aparılacaq.
Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu, habelə müharibə veteranı statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı altsistemə daxil edəcəklər.
Eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) strukturuna daxil olan reyestrlərin sayı artırılıb.
Yeni yaradılan reyestrlər aşağıdakılardır:
- "Məşğul şəxslərin" reyestri;
- "Əlilliyi olan şəxslərin" reyestri;
- "Şəhid və şəhid ailəsi statusu almış şəxslərin" reyestri;
- "Müharibə veteranları" reyestri.