ELM

İrana kiberhücum: nəqliyyat vasitələri çətin vəziyyətdə qalıb

© AFP 2024 / ATTA KENARETeheran
Teheran - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Abunə olmaq
Nazir müavini bildirib ki, bu gün Tehrandakı yanacaq doldurma məntəqələrinin 30 faizi xidmət göstərə biləcək.
BAKI, 27 oktyabr — Sputnik. İranda haradan edilməsi bəlli olmayan kiberhücum yanacaqdoldurma məntəqələrinin fəaliyyətini iflic edib. Bunun nəticəsi olaraq yanacaqdoldurma məntəqələrinin qarşısında nəqliyyat vasitələrinin uzun növbələri yaranıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
İran neft nazirinin köməkçisi Cəlil Salari bildirib ki, ölkə miqyasında 300 nəfərlik komanda yaranmış problemin aradan qaldırılması üzərində işləyir və hər hansı çətinlik olmazsa, sabaha qədər problem aradan qaldırılacaq.
Nazir müavini bildirib ki, bu gün Tehrandakı yanacaqdoldurma məntəqələrinin 30 faizi xidmət göstərə biləcək.
Xəbər lenti
0