https://sputnik.az/20211027/putin-ve-conson-efqanistandaki-veziyyeti-muzakire-edibler-nato-nun-vicdani-oyanib-434642499.html
Putin və Conson Əfqanıstandakı vəziyyəti müzakirə ediblər: NATO-nun vicdanı oyanıb?
Putin və Conson Əfqanıstandakı vəziyyəti müzakirə ediblər: NATO-nun vicdanı oyanıb?
Sputnik Azərbaycan
"Amerika arzu"sunun süqutunun bariz nümunəsi olan Əfqanıstan gözlənilməz təhlükəsizlik təhdidləri ilə kollektiv Qərbi utandırmaqda davam edir. London isə... 27.10.2021, Sputnik Azərbaycan
2021-10-27T21:00+0400
2021-10-27T21:00+0400
2021-10-27T21:00+0400
əfqanıstan
təhlil
rusiya
taliban
putin
boris conson
cozef bayden
"taliban" qruplaşması
rusiya prezidenti vladimir putin
abş prezidenti cozef bayden
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1b/434642469_0:0:2945:1657_1920x0_80_0_0_0954bdab6b3e85b6083cfdbbcdb13039.jpg
"Amerika arzu"sunun süqutunun bariz nümunəsi olan Əfqanıstan gözlənilməz təhlükəsizlik təhdidləri ilə kollektiv Qərbi utandırmaqda davam edir. London isə əslində döyüş zonaları üzərində nəzarəti və planet üzərində hakimiyyətini itirən Vaşinqtonun narahatlığını Moskvaya ötürür.Rusiya Prezidenti Vladimir Putin və İngiltərənin Baş naziri Boris Conson oktyabrın 25-də Əfqanıstandakı vəziyyəti müzakirə ediblər. Eyni zamanda Putin "Moskva formatı"nda (Rusiya, Çin, Pakistan, İran, Hindistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndələrinin iştirakı ilə) taliblərlə son məsləhətləşmələri barədə danışıb, Conson isə Talibanın* mümkün tanınması ilə bağlı narahatlığını bildirib.Bu söhbətdə 20 illik hərbi əməliyyatlardan sonra sarsıdıcı məğlubiyyətə inanmayan, taliblərin təpiyindən əziyyət çəkən və dirçəldilmiş "xilafət"in dünya miqyasında tanınmasından ciddi şəkildə ehtiyat edən ABŞ-ın marağı açıq şəkildə hiss olunurdu.Əfqanıstanın suverenliyinə şübhəsiz hörmətlə yanaşılsa da, yeni hökumətin beynəlxalq səviyyədə tanınmasına hələ çox var. Bu yaxınlarda Vladimir Putin bildirib ki, Talibanın* terror təşkilatları siyahısından çıxarılması barədə qərar BMT səviyyəsində qəbul edilməlidir və bunun üçün taliblər "bütün etnik və dini qruplarla, bütöv siyasi və ictimai təşkilatlarlarla qarşılıqlı əlaqələr qurmalıdırlar".Təəssüf ki, Əfqanıstan səksən xalqın və millətin sülh və razılığından uzaqdır, terrorizmdən də yaxasını qurtarmayıb. Müvəqqəti hökumət yeni iqtisadi çağırışların və "İslam dövləti"* tərəfindən təhlükəsizlik təhdidlərinin öhdəsindən gələ bilmir.Tacikistanın Müdafiə naziri, general-polkovnik Şerəli Mirzo oktyabrın 24-də qeyd edib ki, son aylarda baş verən hadisələr Əfqanıstanda hərbi-siyasi vəziyyətin pisləşməsinə səbəb olub və bu ölkədəki vəziyyəti fəlakətli adlandırıb. Təəssüf ki, bu heç də şişirtmə deyil.Əfqanıstan faktiki olaraq taliblərin və digər terrorçu qruplaşmaların, eləcə də oğul Məsudun rəhbərliyi altında Müqavimət Cəbhəsinin nəzarət zonalarına parçalanıb.Silahlıların Mərkəzi Asiya ölkələrinə basqın təhlükəsi hələ də qalmaqdadır. Təsadüfi deyil ki, KTMT Əfqanıstan sərhədlərinə yaxın olan Tacikistan və Özbəkistan ərazisində altı dövlətin hərbi qulluqçularının iştirakı ilə bir sıra xüsusi manevrlər keçirib.Təhlükəsizlik kəməri"Moskva formatı"nda keçirilən görüşdə taliblər Əfqanıstanın bütün ərazisinə nəzarət etdiklərini iddia ediblər. Xarici tərəfdaşları və kontragentləri yeni hakimiyyətin fəailiyyət qabiliyyətinə və səmərəliliyinə inandırmaq cəhdi o qədər də inandırıcı deyil. Taliblər ölkənin dinc əhalisinin təhlükəsizliyini təmin edə, həmçinin özlərini belə müdafiə edə bilmirlər - müxtəlif əyalətlərdə "İslam Dövləti"nin* rəqib dəstələri ilə (hansı ki, dövlət sərhədlərini tanımır) atışmalar və terror aktları davam edir.Silahlı taliblər oktyabrın 26-da Kabildə aviakassanın yaxınlığında toplaşanları atəşə tutaraq qovublar, bu çaxnaşmada yaralananlar var.Keçən həftə İŞİD* yaraqlıları Cəlalabadda taliblərin avtomobillərinə iki dəfə hücum ediblər, Kabil və digər əyalətləri enerjidən məhrum etmək üçün elektrik xətlərlərinin dirəklərini partladıblar (əvvəllər taliblər özləri də bu cür terror taktikasına riayət edirdilər və hakimiyyəti nüfuzdan salırdılar). "Xorasan vilayəti" hakimiyyət və nüfuz uğrunda mübarizə aparmağa hazırdır – bazar günü Heratda taliblər və İŞİD* yaraqlıları arasında baş verən atışmada qadın və uşaqlar da daxil olmaqla 17 nəfər həlak olub.Həmin gün Uruzqan əyalətində İŞİD* üzvlərinin qara bayraqları qaldırılıb, burada yerli sakinlərə əfqanlar üçün kifayət qədər pul sayılan 30 min əfqani (340 dollar) müqabilində İŞİD* sıralarına qoşulmaq təklifi edilib. "Afghanistan.ru"nun məlumatına görə, Heratda Molla Əbdül Mənan Niyaziyə sadiq olan taliblərin xeyli qrupu "İslam dövləti"nə* qoşulub.Ölkədə vəziyyət müxtəlif istiqamətlərdə pisləşib və həmçinin təmkinli Çinin Xarici İşlər naziri Van İ oktyabrın 25-də Dohada keçirilən danışıqlarda talibləri birbaşa olaraq açıq olmağa, qadın və uşaqların qanuni hüquqlarını qorumağa, bütün etnik qrupları birləşdirməyə çağırıb. Taliblər ertəsi gün Kabildə qadınların etiraz aksiyasını dağıdıblar.Xatırladaq ki, Talibanın* rəsmi nümayəndəsi Zabiulla Mücahid qısaca olaraq hüquqlardan danışıb: "Qadınlar şəriət çərçivəsində yaşayacaqlar". Şəriətin qanunlarınının tətbiqini Əfqanıstanın 40 milyonluq əhalisinin seçmədiyi, səlahiyyət belə vermədiyi dar bir molla çevrəsi öz üzərinə götürüb.Qonşu ölkədə uzun müddət davam edən turbulentlik fonunda Tacikistan parlamentinin aşağı palatasının sədri Məhmədtoir Zokirzoda KTMT tərəfdaşlarını güclü təhlükəsizlik kəməri yaratmağa çağırıb və Moskva, 201-ci Rusiya hərbi bazasının təxminən 30 modernləşdirilmiş T-72B3M tankları ilə gücləndirilməsiylə dərhal buna cavab verib.Bu yaxınlarda, "Moskva formatı"nda müzakirənin genişləndirilməsi üçün bazanın motoatıcı bölmələri müasir BMP-2 partiyası, ən yeni daşınar "Verba" zenit raket kompleksləri, həmçinin yüksək məsafəli reaktiv atəş qurğuları, tank əleyhinə "Kornet" raket kompleksləri, 12,7 mm çaplı ASVK-M "Kord" ultra uzunmənzilli snayper tüfəngləri, AK-12 avtomatları və digər silahlar alıblar.ABŞ-ın Pakistandakı hava bazasıABŞ və NATO ölkələri 20 il döyüşdükləri Əfqanıstanın gələcəyi üçün məsuliyyətlərini hələ də dərk etməyiblər. ABŞ qoşunlarının məğlubiyyətə uğramasına və çıxarılmasına baxmayaraq, Vaşinqton Əfqanıstan sərhədləri yaxınlığında "ehtiyatda olan aerodrom"un yerləşdirilməsi ilə bağlı regional oyunçularla danışıqlar aparmaq cəhdlərindən əl çəkməyib. Mərkəzi Asiya ölkələri öz mövqelərini kifayət qədər sərt şəkildə rədd ediblər, ancaq Pakistanda ABŞ Hərbi Hava Qüvvələri bazasının yaranma ehtimalı yüksəkdir.Eyni zamanda, İslamabad taliblərlə əməkdaşlığın "qeyri-rəsmi kanallarını" uğurla qursa da, Pakistan və ABŞ bu ölkənin hava fəzasından Əfqanıstanda ABŞ Hava Hərbi Qüvvələrinin hərbi və kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi haqqında saziş imzalamağa yaxındırlar - aydındır ki, kimə qarşı. Beləliklə, Vaşinqton məğlubiyyətin acısını qismən kompensasiya edəcək, İslamabad isə terrorizmə qarşı mübarizədə və Hindistanla münasibətlərin qurulmasında Amerikadan yardım alacaq.Əgər ABŞ döyüş aviasiyası Əfqanıstan ərazisinə ciddi nəzarət etmək imkanı əldə edərsə, şübhəsiz ki, 20 illik tarix təkrarlanacaq. Bu, dinc əhaliyə yeni fəlakətlər, Mərkəzi Asiyanın qonşu ölkələrinə isə yeni qaçqın axınlarını vəd edir.Bunu daha yaxşı anlamaq üçün rəqəmlərə nəzər salmaq kifayətdir: amerikalılar Əfqanıstandan təxminən 124 min insanı təxliyə ediblər, yalnız Şimali Amerikadakı Pentaqonun bazalarında 53 mindən çox əfqan var. Əfqanıstanda vəziyyətin daha da gərginləşdiyi bir şəraitdə milyonlarla insan qaçqın vəziyyətinə düşəcək.Əfqanıstan İslam Respublikasının keçmiş rəhbərliyinin nümayəndələri bu yaxınlarda Milli Müqavimət Ali Şurasının yaradılmasını elan ediblər. Şura həmvətənlərini "daxili zorakılığa, xarici təcavüzə və işğala qarşı çətin və uzunmüddətli müqavimətə" hazırlaşmağa çağırıb. Əfqanıstan ərazisində hamının hamıya qarşı müharibəsi belə görünür ki, hələ uzun sürəcək.* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1b/434642469_92:0:2823:2048_1920x0_80_0_0_7f978297492843d333568135cc31fcef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
əfqanıstan, rusiya, taliban, putin, boris conson, cozef bayden, "taliban" qruplaşması, rusiya prezidenti vladimir putin, abş prezidenti cozef bayden
əfqanıstan, rusiya, taliban, putin, boris conson, cozef bayden, "taliban" qruplaşması, rusiya prezidenti vladimir putin, abş prezidenti cozef bayden
"Amerika arzu"sunun süqutunun bariz nümunəsi olan Əfqanıstan gözlənilməz təhlükəsizlik təhdidləri ilə kollektiv Qərbi utandırmaqda davam edir. London isə əslində döyüş zonaları üzərində nəzarəti və planet üzərində hakimiyyətini itirən Vaşinqtonun narahatlığını Moskvaya ötürür.
Rusiya Prezidenti Vladimir Putin və İngiltərənin Baş naziri Boris Conson oktyabrın 25-də Əfqanıstandakı vəziyyəti müzakirə ediblər. Eyni zamanda Putin "Moskva formatı"nda (Rusiya, Çin, Pakistan, İran, Hindistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndələrinin iştirakı ilə) taliblərlə son məsləhətləşmələri barədə danışıb, Conson isə Talibanın* mümkün tanınması ilə bağlı narahatlığını bildirib.
Bu söhbətdə 20 illik hərbi əməliyyatlardan sonra sarsıdıcı məğlubiyyətə inanmayan, taliblərin təpiyindən əziyyət çəkən və dirçəldilmiş "xilafət"in dünya miqyasında tanınmasından ciddi şəkildə ehtiyat edən ABŞ-ın marağı açıq şəkildə hiss olunurdu.
Əfqanıstanın suverenliyinə şübhəsiz hörmətlə yanaşılsa da, yeni hökumətin beynəlxalq səviyyədə tanınmasına hələ çox var. Bu yaxınlarda Vladimir Putin bildirib ki, Talibanın* terror təşkilatları siyahısından çıxarılması barədə qərar BMT səviyyəsində qəbul edilməlidir və bunun üçün taliblər "bütün etnik və dini qruplarla, bütöv siyasi və ictimai təşkilatlarlarla qarşılıqlı əlaqələr qurmalıdırlar".
Təəssüf ki, Əfqanıstan səksən xalqın və millətin sülh və razılığından uzaqdır, terrorizmdən də yaxasını qurtarmayıb. Müvəqqəti hökumət yeni iqtisadi çağırışların və "İslam dövləti"* tərəfindən təhlükəsizlik təhdidlərinin öhdəsindən gələ bilmir.
Tacikistanın Müdafiə naziri, general-polkovnik Şerəli Mirzo oktyabrın 24-də qeyd edib ki, son aylarda baş verən hadisələr Əfqanıstanda hərbi-siyasi vəziyyətin pisləşməsinə səbəb olub və bu ölkədəki vəziyyəti fəlakətli adlandırıb. Təəssüf ki, bu heç də şişirtmə deyil.
Əfqanıstan faktiki olaraq taliblərin və digər terrorçu qruplaşmaların, eləcə də oğul Məsudun rəhbərliyi altında Müqavimət Cəbhəsinin nəzarət zonalarına parçalanıb.
Silahlıların Mərkəzi Asiya ölkələrinə basqın təhlükəsi hələ də qalmaqdadır. Təsadüfi deyil ki, KTMT Əfqanıstan sərhədlərinə yaxın olan Tacikistan və Özbəkistan ərazisində altı dövlətin hərbi qulluqçularının iştirakı ilə bir sıra xüsusi manevrlər keçirib.
"Moskva formatı"nda keçirilən görüşdə taliblər Əfqanıstanın bütün ərazisinə nəzarət etdiklərini iddia ediblər. Xarici tərəfdaşları və kontragentləri yeni hakimiyyətin fəailiyyət qabiliyyətinə və səmərəliliyinə inandırmaq cəhdi o qədər də inandırıcı deyil. Taliblər ölkənin dinc əhalisinin təhlükəsizliyini təmin edə, həmçinin özlərini belə müdafiə edə bilmirlər - müxtəlif əyalətlərdə "İslam Dövləti"nin* rəqib dəstələri ilə (hansı ki, dövlət sərhədlərini tanımır) atışmalar və terror aktları davam edir.
Silahlı taliblər oktyabrın 26-da Kabildə aviakassanın yaxınlığında toplaşanları atəşə tutaraq qovublar, bu çaxnaşmada yaralananlar var.
Keçən həftə İŞİD* yaraqlıları Cəlalabadda taliblərin avtomobillərinə iki dəfə hücum ediblər, Kabil və digər əyalətləri enerjidən məhrum etmək üçün elektrik xətlərlərinin dirəklərini partladıblar (əvvəllər taliblər özləri də bu cür terror taktikasına riayət edirdilər və hakimiyyəti nüfuzdan salırdılar). "Xorasan vilayəti" hakimiyyət və nüfuz uğrunda mübarizə aparmağa hazırdır – bazar günü Heratda taliblər və İŞİD* yaraqlıları arasında baş verən atışmada qadın və uşaqlar da daxil olmaqla 17 nəfər həlak olub.
Həmin gün Uruzqan əyalətində İŞİD* üzvlərinin qara bayraqları qaldırılıb, burada yerli sakinlərə əfqanlar üçün kifayət qədər pul sayılan 30 min əfqani (340 dollar) müqabilində İŞİD* sıralarına qoşulmaq təklifi edilib. "Afghanistan.ru"nun məlumatına görə, Heratda Molla Əbdül Mənan Niyaziyə sadiq olan taliblərin xeyli qrupu "İslam dövləti"nə* qoşulub.
Ölkədə vəziyyət müxtəlif istiqamətlərdə pisləşib və həmçinin təmkinli Çinin Xarici İşlər naziri Van İ oktyabrın 25-də Dohada keçirilən danışıqlarda talibləri birbaşa olaraq açıq olmağa, qadın və uşaqların qanuni hüquqlarını qorumağa, bütün etnik qrupları birləşdirməyə çağırıb. Taliblər ertəsi gün Kabildə qadınların etiraz aksiyasını dağıdıblar.
Xatırladaq ki, Talibanın* rəsmi nümayəndəsi Zabiulla Mücahid qısaca olaraq hüquqlardan danışıb: "Qadınlar şəriət çərçivəsində yaşayacaqlar". Şəriətin qanunlarınının tətbiqini Əfqanıstanın 40 milyonluq əhalisinin seçmədiyi, səlahiyyət belə vermədiyi dar bir molla çevrəsi öz üzərinə götürüb.
Qonşu ölkədə uzun müddət davam edən turbulentlik fonunda Tacikistan parlamentinin aşağı palatasının sədri Məhmədtoir Zokirzoda KTMT tərəfdaşlarını güclü təhlükəsizlik kəməri yaratmağa çağırıb və Moskva, 201-ci Rusiya hərbi bazasının təxminən 30 modernləşdirilmiş T-72B3M tankları ilə gücləndirilməsiylə dərhal buna cavab verib.
Bu yaxınlarda, "Moskva formatı"nda müzakirənin genişləndirilməsi üçün bazanın motoatıcı bölmələri müasir BMP-2 partiyası, ən yeni daşınar "Verba" zenit raket kompleksləri, həmçinin yüksək məsafəli reaktiv atəş qurğuları, tank əleyhinə "Kornet" raket kompleksləri, 12,7 mm çaplı ASVK-M "Kord" ultra uzunmənzilli snayper tüfəngləri, AK-12 avtomatları və digər silahlar alıblar.
ABŞ-ın Pakistandakı hava bazası
ABŞ və NATO ölkələri 20 il döyüşdükləri Əfqanıstanın gələcəyi üçün məsuliyyətlərini hələ də dərk etməyiblər. ABŞ qoşunlarının məğlubiyyətə uğramasına və çıxarılmasına baxmayaraq, Vaşinqton Əfqanıstan sərhədləri yaxınlığında "ehtiyatda olan aerodrom"un yerləşdirilməsi ilə bağlı regional oyunçularla danışıqlar aparmaq cəhdlərindən əl çəkməyib. Mərkəzi Asiya ölkələri öz mövqelərini kifayət qədər sərt şəkildə rədd ediblər, ancaq Pakistanda ABŞ Hərbi Hava Qüvvələri bazasının yaranma ehtimalı yüksəkdir.
Eyni zamanda, İslamabad taliblərlə əməkdaşlığın "qeyri-rəsmi kanallarını" uğurla qursa da, Pakistan və ABŞ bu ölkənin hava fəzasından Əfqanıstanda ABŞ Hava Hərbi Qüvvələrinin hərbi və kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi haqqında saziş imzalamağa yaxındırlar - aydındır ki, kimə qarşı. Beləliklə, Vaşinqton məğlubiyyətin acısını qismən kompensasiya edəcək, İslamabad isə terrorizmə qarşı mübarizədə və Hindistanla münasibətlərin qurulmasında Amerikadan yardım alacaq.
Əgər ABŞ döyüş aviasiyası Əfqanıstan ərazisinə ciddi nəzarət etmək imkanı əldə edərsə, şübhəsiz ki, 20 illik tarix təkrarlanacaq. Bu, dinc əhaliyə yeni fəlakətlər, Mərkəzi Asiyanın qonşu ölkələrinə isə yeni qaçqın axınlarını vəd edir.
Bunu daha yaxşı anlamaq üçün rəqəmlərə nəzər salmaq kifayətdir: amerikalılar Əfqanıstandan təxminən 124 min insanı təxliyə ediblər, yalnız Şimali Amerikadakı Pentaqonun bazalarında 53 mindən çox əfqan var. Əfqanıstanda vəziyyətin daha da gərginləşdiyi bir şəraitdə milyonlarla insan qaçqın vəziyyətinə düşəcək.
Əfqanıstan İslam Respublikasının keçmiş rəhbərliyinin nümayəndələri bu yaxınlarda Milli Müqavimət Ali Şurasının yaradılmasını elan ediblər. Şura həmvətənlərini "daxili zorakılığa, xarici təcavüzə və işğala qarşı çətin və uzunmüddətli müqavimətə" hazırlaşmağa çağırıb. Əfqanıstan ərazisində hamının hamıya qarşı müharibəsi belə görünür ki, hələ uzun sürəcək.
* Rusiya Federasiyasında qadağan olunmuş terror qruplaşması