QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ombudsman Ermənistanın Bərdə cinayətini yada saldı

© Sputnik / Ibrahim HashimovBərdədə vəziyyət
Bərdədə vəziyyət - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Abunə olmaq
BAKI, 27 oktyabr — Sputnik. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın Bərdəni raket atəşinə tutmasının ildönümü ilə bağlı paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, Ombudsmanın paylaşımında bildirilib ki, Ermənistanın mülki əhaliyə qarşı törətmiş olduğu müharibə cinayətləri ilə bağlı dəfələrlə dünya ictimaiyyətinə müraciətlər edilib, beynəlxalq hüququn norma və prinsiplərinin, beynəlxalq humanitar hüquq normalarının, o cümlədən Cenevrə Konvensiyalarının, xüsusilə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyasının müddəalarının kobud şəkildə pozulması faktı diqqətə çatdırılıb: "İnanıram ki, beynəlxalq ictimaiyyət müharibə cinayətləri törətmiş Ermənistanın hərbi-siyasi rəhbərliyinin tezliklə ədalət mühakiməsi qarşısında cavab verməsini təmin edəcək".
Məlumat üçün bildirək ki, Ermənistan silahlı qüvvələri tərəfindən 2020-ci il 27-28 oktyabr tarixlərində Bərdə şəhərinin və rayonunun kəndlərinin "Smerç" tipli raketlərdən atəşə tutulması nəticəsində 25 nəfər dinc sakin həlak olub, 80-dən artıq şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Eləcə də oxuyun:
* Ceyhun Bayramov: "Bərdəyə raket hücumunun günahkarları məsuliyyətə cəlb edilməlidirlər"
* "Vətən müharibəsi"nin xronikası: 37 erməni hərbçisi məhv edilib
* Bərdədə ermənilərin dağıtdığı evlər bərpa edilir
Xəbər lenti
0