Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Nifaq qızılı: skif cəvahiratı Ukraynaya qaytarılacaq

© AP Photo / Peter Dejong"Krım: qızıl və Qara dənizin sirləri" sərgisində eksponat
Krım: qızıl və Qara dənizin sirləri sərgisində eksponat - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Abunə olmaq
Bəs qızıllar Kiyevə qaytarılacağı təqdirdə Ukrayna eksponatları Krım muzeylərinə satmağı və ya bir hissəsini bağışlamağı planlaşdırırmı? Bu suala cavab verən Ukrayna tərəfinin vəkili bildirib ki, söhbət mədəni mirasdan gedir və onu satmaq olmaz.
Anna Nexayeva, RİA Novosti
Qızıldan bəzək əşyaları, unikal artefaktlar, əvvəllər Avropanın görmədiyi Qara dəniz hövzəsinin başqa nadir tapıntıları 2013-cü ildə Krım muzeylərindən Almaniya və Hollandiyaya göndərilmişdi və hələ də geri qaytarılmayıb. Məhkəmə çəkişmələri neçə illərdir ki, davam edir.
Oktyabrın 26-da hökm çıxarılıb: Amsterdamın Apellyasiya məhkəməsi skif qızılını Ukraynanın mülkiyyəti hesab edir. Bildirilir ki, bu qərardan Hollandiyanın Ali Məhkəməsinə şikayət vermək olar.
Rembrandt səviyyəsi və "Su pərisi"
Niderlandda Krım muzeyindən aparılmış və 2013-cü ildə əvvəl Bonn, daha sonra Amsterdam sərgisində nümayiş olunan iki minə yaxın unikal əşya var.
© AFP 2024 / Bart MaatAmsterdamdakı Allard Pirson Muzeyində təşkil olunan "Krım: qızıl və Qara dənizin sirləri" adlı sərginin ziyarətçisi.
Посетительница на выставке Крым: золото и секреты Черного моря в музее Allard Pierson Museum, Амстердам - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Amsterdamdakı Allard Pirson Muzeyində təşkil olunan "Krım: qızıl və Qara dənizin sirləri" adlı sərginin ziyarətçisi.
"Krım: qızıl və Qara dənizin sirləri" adlı ekspozisiyaya əvvəllər Avropada heç vaxt nümayiş etdirilməyən nümunələr daxil edilib. Onların arasında Bağçasaray yaxınlığındakı Üst-Əlma məzarlığından tapılmış cilalı mücrülər, Simferopoldakı Skif Neapol məqbərəsində skif kralı Skilurun məzarından tapılmış skiflərin ilanayaqlı ilahəsinin heykəli də var ki, bu heykəl də Kerç şəhərinin simvolu hesab olunur.
Ukrayna və Rusiya arasında Krım uğrunda mübahisə başlayan vaxt Hollandiyanin Allard Pirson muzeyindəki sərgi artıq başa çatmış və ortaya belə bir sual çıxmışdı: eksponatları hara qaytarmalı? Rusiya da, Ukrayna da bu kolleksiyaları öz mülkiyyəti hesab edirdi.
© AP Photo / Peter Dejong"Krım: qızıl və Qara dənizin sirləri" adlı sərgidə nümayiş olunan mücrü.
Экспонат выставки Крым: золото и секреты Черного моря - Sputnik Azərbaycan, 1920, 27.10.2021
"Krım: qızıl və Qara dənizin sirləri" adlı sərgidə nümayiş olunan mücrü.
"Bu itki Kopenhagen üçün Edvard Eriksenin "Su pərisi" və ya Amsterdam üçün Rembrandtın "Gecə qarovulçusu" əsərlərinə bərabər hesab oluna bilər. Bu əşyalarla birlikdə biz təkcə dünya əhəmiyyətli eksponatlarımızı deyil, xalqımızın mədəni kodunun əsasını təşkil edən arxeoloji irsini də itirə bilərik", - deyə Krım muzeylərinin bəyanatında bildirilir.
Allard Pirson muzeyi məhkəmə qərarına və tərəflər arasında razılıq əldə olunana kimi həmin eksponatları ölkələrdən birinə vermək fikrində deyil. Amsterdam Dairə Məhkəməsi 2016-cı ilin dekabrında Hollandiyanın Miras (mədəni) haqqında qanununa uyğun olaraq Krım eksponatlarının Ukrayna dövlətinə təhvil verilməsi barədə qərar qəbul edib.
© AP Photo / Peter Dejong2014-cü ilə Amsterdamdakı sərgidə nümayiş olunan eksponat.
Экспонат выставки Крым: золото и секреты Черного моря в Амстердаме - Sputnik Azərbaycan, 1920, 27.10.2021
2014-cü ilə Amsterdamdakı sərgidə nümayiş olunan eksponat.
Sonradan Krım muzeyləri vəkillərini dəyişərək apellyasiyaya müraciət ediblər, ancaq həmin işə yalnız 2019-cu ilin martında baxılmağa başlanılıb.
Bütün bu müddət ərzində skif qızılı Allard Pirson muzeyinin zirzəmisində saxlanılıb.
Siyasət, yoxsa etika?
Şərqi Krım Tarix-Mədəniyyət Muzey-Qoruğu, Simferopoldakı "Tavrida Muzeyi", Baxçasaray Tarix-Mədəniyyət və Arxeologiya Muzey-Qoruğu və "Tavridalı Xersones" Arxeoloji Muzey-Qoruğunun mövqeyi birmənalıdır: qızıl geri qaytarılmalıdır.
Rusiya siyasətçiləri və hüquq-müdafiəçiləri də onlarla həmfikirdir. Rusiya Prezidentin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyir ki, Rusiya tərəfini təmsil edən hüquqşünaslar bu məsələdə "muzeylərarası müqavilələrin dövlət xarakterli perturbasiyalardan heç də az dəyərli olmaması" faktını rəhbər tuturlar.
© AFP 2024 / Allard Pierson Museum"Krım: qızıl və Qara dənizin sirləri" sərgisinin eksponatı
Экспонат выставки Крым: золото и секреты Черного моря в музее Allard Pierson Museum, Амстердам - Sputnik Azərbaycan, 1920, 27.10.2021
"Krım: qızıl və Qara dənizin sirləri" sərgisinin eksponatı
"Skif qızılı, heç şübhəsiz ki, yalnız Krım ərazisi ilə bağlıdır. Respublikanın statusunun dəyişməsinə baxmayaraq, onlar Krım muzeylərində saxlanmalıdır. Məhkəmədə nə əsas götürüləcək: sağlam düşüncə və qanun, yoxsa qanunsuzluq və siyasət?", – deyə Rusdilli Hüquqşünasların Beynəlxalq Assosiasiyasının vitse-prezidenti Mixail Yoffe vurğulayır.
Qarşı tərəfin mövqeyi də qətidir. Ukrayna tərəfini təmsil edən vəkil Marten Sanders bildirib ki, Kiyev Krım muzeyləri ilə istənilən kompromis imkanını rədd edir.
Bəs qızıllar Kiyevə qaytarılacağı təqdirdə Ukrayna eksponatları Krım muzeylərinə satmağı və ya bir hissəsini bağışlamağı planlaşdırırmı? Bu sualın cavabında vəkil bildirib ki, belə bir plandan xəbəri yoxdur. "Bu mədəni mirasdır, düşünmürəm ki, onu satmaq olar", - deyə Sanders vurğulayıb.
© AFP 2024 / Allard Pierson MuseumSkif ustalarının əl işləri Amsterdamdakı Allard Pirson Muzeyində nümayiş olunan "Krım: qızıl və Qara dənizin sirləri" sərgisində.
Экспонат выставки Крым: золото и секреты Черного моря в музее Allard Pierson Museum, Амстердам - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Skif ustalarının əl işləri Amsterdamdakı Allard Pirson Muzeyində nümayiş olunan "Krım: qızıl və Qara dənizin sirləri" sərgisində.
Ekspertlərin fikri
Ekspertlərin fikrincə, Krım muzeylərinin mövqeyi eksponatların Krımda yerli arxeoloqlar tərəfindən tapılması və bu tapıntıların yarımadanın arxeoloji mədəniyyətini xarakterizə etməsi ilə dəstəklənir.
Məsələnin həllini bürokratik məqam çətinləşdirir. Məsələ burasındadır ki, qiymətli əşyaların ölkədən çıxarılmasına Ukrayna icazə verib, Hollandiya isə həmin eksponatların Ukraynaya qaytarılacağına təminat verib. Və bu, müqavilədə öz əksini tapıb.
Bu, işləri asanlaşdırmır və belə görünür ki, prosesi qəsdən ləngidir. 2019-cu ilin iyulunda Ukraynanın istinad etdiyi UNESCO-nun 1970-ci il konvensiyasının bu işdə tətbiq oluna bilməyəcəyi ilə bağlı müvəqqəti qərar qəbul edilib. Məhkəmə tərəflərdən əlavə məlumat istəyib.
Krım muzeyləri yenidən bütün əşyaların mənşəyi ilə bağlı XIX əsr də daxil olmaqla, arxiv sənədlərini təqdim edib.
© AFP 2024 / Bart Maat"Krım: qızıl və Qara dənizin sirləri" sərgisinin eksponatı.
Экспонат выставки Крым: золото и секреты Черного моря в музее Allard Pierson Museum, Амстердам - Sputnik Azərbaycan, 1920, 27.10.2021
"Krım: qızıl və Qara dənizin sirləri" sərgisinin eksponatı.
2020-ci ilin mart ayında məhkəmə iclası pandemiya səbəbindən iyul ayına kimi təxirə salınıb. Daha sonra sentyabrda iclas bir daha təxirə düşüb, çünki Ukrayna tərəfi hakimlərin birindən imtina olunması ilə bağlı məsələ qaldırıb.
2021-ci ilin sentyabrında hökm oxunacağı vəd olunsa da "gözlənilməz vəziyyətlə əlaqədar olaraq" bu iş oktyabrın 26-na kimi təxirə salınıb.
Nəyin üstündə mübahisə gedir?
"Beynəlxalq hüquq nöqteyi-nəzərindən hər hansı bir əşya həmişə onun yerləşdiyi əraziyə məxsus olur. Skif qızılı Kiyev və ya Lvovda deyil, Krım ərazisində tapılıb. Niyə kiməsə verilməlidir? Hollandiya ilə Ukrayna arasında heç bir razılaşma yoxdur, bu, sırf muzeylərarası mübahisədir. Qızılları Krıma qaytarmaq təbii ki, daha ağlabatan olardı", – deyə beynəlxalq hüquqşünas Anatoli Kapustin mülahizə yürüdür.
© AP Photo / Peter DejongAmsterdamdakı Allard Pirson Muzeyində nümayiş olunan "Krım: qızıl və Qara dənizin sirləri" adlı sərgi bütün dünyadan arxeoloqların diqqətini cəlb edib.
Экспонат выставки Крым: золото и секреты Черного моря в музее Allard Pierson Museum, Амстердам - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Amsterdamdakı Allard Pirson Muzeyində nümayiş olunan "Krım: qızıl və Qara dənizin sirləri" adlı sərgi bütün dünyadan arxeoloqların diqqətini cəlb edib.
Bonn və Amsterdamın tarixi sərgilərini ziyarət edən qonaqlar iki minə yaxın eksponatın unikallığına əmin ola biliblər. Avropada Krımın və Qara dəniz regionunun tarixinə həsr olunmuş belə irimiqyaslı arxeoloji layihə heç vaxt təşkil olunmamışdı. Qara dəniz sahillərindən müasir Çin ərazisinə üz tutan köçəri skif tayfaları haqqında mif və əfsanələr bu eksponatların əsrarəngizliyini bir az da artırır.
Bu, minillik tarixdir. Qədim artefaktların dəyəri, necə deyərlər, pulla ölçülməz. Bəzi ekspertlər isə sığorta məbləğindən söz düşəndə iki milyon avrodan bəhs edirlər.
Eksponatlar arasında bəzək əşyaları, dekorativ-tətbiqi sənət nümunələri, qablar, silah, qədim yunan tanrılarının heykəlcikləri, keramika və şüşə, boyalı vazalar və gil heykəlciklər var.
Krım isə lap qədimdən Qərblə Şərq mədəniyyətinin, imperiya və yunan polislərinin çuğlaşdığı mutikultural mərkəz hesab olub.
Xəbər lenti
0