https://sputnik.az/20211027/naxcivanda-yasayan-issizlerin-nezerine-377-yeni-is-yeri-acilib-maaslar-da-yuksekdir-434645792.html
Naxçıvanda yaşayan işsizlərin nəzərinə: 377 yeni iş yeri açılıb, maaşlar da yüksəkdir
Naxçıvanda yaşayan işsizlərin nəzərinə: 377 yeni iş yeri açılıb, maaşlar da yüksəkdir
Sputnik Azərbaycan
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-avqust aylarında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqının... 27.10.2021, Sputnik Azərbaycan
2021-10-27T20:42+0400
2021-10-27T20:42+0400
2021-10-27T20:42+0400
naxçıvan
cəmiyyət
naxçıvan muxtar respublikası
dövlət statistika komitəsi
iş yerləri
iş
https://cdnn1.img.sputnik.az/img/41129/58/411295809_0:0:1200:676_1920x0_80_0_0_4db7b51ffdf87a491e63130e5b251f57.jpg
BAKI, 27 oktyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında muxtar respublikada 377 yeni iş yeri yaradılıb. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində bərbər, qazanxana maşinisti, dərzi, bərbər-manikürçü, elektrik montyoru və xalçaçı peşələri üzrə, ümumilikdə 172, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində isə 12 məhkum daş üzərində oyma peşə hazırlığı kurslarına cəlb edilib.Sputnik Azərbaycan xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-avqust aylarında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqının məbləği 544,2 manat təşkil edib. Bu da 2020-ci ilin müvafiq dövründəki göstəricidən 3,1 faiz çoxdur.Qeyd edək ki, muxtar respublikada əhalinin məşğulluğunun artırılması və rifahının daha da yüksəldilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının aparılması və özünüməşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" təsdiq edilib.Dövlət Proqramının icrası istiqamətində görülən işlər bu sahədə yeni-yeni nailiyyətlərin əldə edilməsinə yol açır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41129/58/411295809_119:0:1114:746_1920x0_80_0_0_516337301542ed7f83707a94cd58ebd1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
naxçıvan, naxçıvan muxtar respublikası, dövlət statistika komitəsi, iş yerləri, iş
naxçıvan, naxçıvan muxtar respublikası, dövlət statistika komitəsi, iş yerləri, iş
Naxçıvanda yaşayan işsizlərin nəzərinə: 377 yeni iş yeri açılıb, maaşlar da yüksəkdir
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-avqust aylarında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqının məbləği 544,2 manat təşkil edib. Bu da 2020-ci ilin müvafiq dövründəki göstəricidən 3,1 faiz çoxdur.
BAKI, 27 oktyabr — Sputnik. Bu ilin yanvar-sentyabr aylarında muxtar respublikada 377 yeni iş yeri yaradılıb. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində bərbər, qazanxana maşinisti, dərzi, bərbər-manikürçü, elektrik montyoru və xalçaçı peşələri üzrə, ümumilikdə 172, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisəsində isə 12 məhkum daş üzərində oyma peşə hazırlığı kurslarına cəlb edilib.
Sputnik Azərbaycan xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-avqust aylarında bir işçiyə hesablanmış ortaaylıq əməkhaqqının məbləği 544,2 manat təşkil edib. Bu da 2020-ci ilin müvafiq dövründəki göstəricidən 3,1 faiz çoxdur.
Qeyd edək ki, muxtar respublikada əhalinin məşğulluğunun artırılması və rifahının daha da yüksəldilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının aparılması və özünüməşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" təsdiq edilib.
Dövlət Proqramının icrası istiqamətində görülən işlər bu sahədə yeni-yeni nailiyyətlərin əldə edilməsinə yol açır.