https://sputnik.az/20211027/mecburi-kockunlere-muavinet-verilmesi-dayandirilir---resmi-cavab-434615585.html
Məcburi köçkünlərə müavinət verilməsi dayandırılır? - rəsmi cavab
Məcburi köçkünlərə müavinət verilməsi dayandırılır? - rəsmi cavab
Sputnik Azərbaycan
Qanuna əsasən, nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il... 27.10.2021, Sputnik Azərbaycan
2021-10-27T10:20+0400
2021-10-27T10:20+0400
2021-10-27T10:20+0400
cəmiyyət
müavinət
məcburi köçkünlər
imtiyazlı kateqoriyalara aid şəxslər
https://cdnn1.img.sputnik.az/img/42228/44/422284492_0:30:1024:606_1920x0_80_0_0_9caeb54cb677d6b8366ca190fa13d093.jpg
BAKI, 27 oktyabr — Sputnik. Məcburi köçkünlər arasında onlara verilən vahid aylıq müavinətin yanvar ayından etibarən dayandırılacağı barədə məlumat yayılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə məcburi köçkünlər sosial şəbəkələrdə narahatlıqlarını ifadə ediblər. “Facebook” sosial şəbəkəsində məcburi köçkünlər onların məcburi köçkün statusunun yanvarın 1-dən etibarən ləğv ediləcəyi barədə məlumatlar eşitdiklərini bildiriblər.Sputnik Azərbaycan-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, yayılan məlumatın heç bir əsası yoxdur. Komitədən bildirilib ki, bunun üçün "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanuna nəzər salmaq vacibdir.Belə ki, qanuna əsasən, nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində qüvvədədir. Bu qanun bütün məcburi köçkünlərə, eləcə də ərazisi işğaldan azad edilmiş rayonların sakinlərinə də şamil olunur."Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məcburi köçkünlər əvvəl məskunlaşdığı ərazilərə geri döndükdə onlara verilən müavinətdən 3 il müddətinə yararlana bilərlər.A.Allahverənov bildirib ki, hazırda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə vahid aylıq müavinət verilir:Onun sözlərinə görə, bu gün məcburi köçkünlərin 81 min 476 nəfəri 33, 415 min 81 nəfəri isə ayda 60 manat olmaqla vahid aylıq müavinət alır:Qeyd edək ki, xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər məcburi köçkün hesab olunurlar.Məcburi köçkünlərin imtiyazlarına gəlincə, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamının 2-ci bəndinə əsasən, məcburi köçkünlərin 1992-1998-ci illərdə mülkiyyət formasından asılı olmayaraq müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması onlar öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək dayandırılıb.Prezidentin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən, özəl müəssisələrin, ali və orta ixtisas təhsili məktəblərinin rəhbərlərinə tövsiyə olunub ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər.Ölkə başçısının 2003-cü il 4 avqust tarixli Sərəncamına əsasən dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azaddırlar.Prezidentin 14 sentyabr 2011-ci il tarixli Sərəncamına uyğun olaraq, 2011/2012-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrinin bakalavr və magistratura təhsil səviyyələrinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.Həmçinin orta ümumtəhsil məktəblərində təhsil alan məcburi köçkün şagirdlər dərsliklərlə pulsuz təmin olunurlar. İdarə, müəssisə və təşkilatlarda ştatların və işçilərin sayının ixtisarı zamanı işdə saxlanılmaq üçün üstünlük hüququna malikdirlər.Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formalı pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısında göstərilən dərman preparatları ilə dövlət büdcəsi vəsaiti hesabına təmin edilirlər. Onlar şəxsiyyət vəsiqələrinin verilməsinə görə rüsumdan, məhkəmələrə iddia ərizəsi ilə müraciətə görə rüsumdan, şərti maliyyə vahidinin 55 misli miqdarınadək olan məbləğin gəlir vergisindən və mənzil və ya ev alqı-satqısı zamanı notarial rüsumlardan azaddırlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42228/44/422284492_69:0:980:683_1920x0_80_0_0_bdddf10b88d7dfbe755a383d8b970aec.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
müavinət, məcburi köçkünlər, imtiyazlı kateqoriyalara aid şəxslər
müavinət, məcburi köçkünlər, imtiyazlı kateqoriyalara aid şəxslər
Məcburi köçkünlərə müavinət verilməsi dayandırılır? - rəsmi cavab
Qanuna əsasən, nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində qüvvədədir.
BAKI, 27 oktyabr — Sputnik. Məcburi köçkünlər arasında onlara verilən vahid aylıq müavinətin yanvar ayından etibarən dayandırılacağı barədə məlumat yayılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə məcburi köçkünlər sosial şəbəkələrdə narahatlıqlarını ifadə ediblər.
“Facebook” sosial şəbəkəsində məcburi köçkünlər onların məcburi köçkün statusunun yanvarın 1-dən etibarən ləğv ediləcəyi barədə məlumatlar eşitdiklərini bildiriblər.
Sputnik Azərbaycan-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, yayılan məlumatın heç bir əsası yoxdur. Komitədən bildirilib ki, bunun üçün "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanuna nəzər salmaq vacibdir.
Belə ki, qanuna əsasən, nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində qüvvədədir. Bu qanun bütün məcburi köçkünlərə, eləcə də ərazisi işğaldan azad edilmiş rayonların sakinlərinə də şamil olunur.
"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri
Azər Allahverənov da
Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məcburi köçkünlər əvvəl məskunlaşdığı ərazilərə geri döndükdə onlara verilən müavinətdən 3 il müddətinə yararlana bilərlər.
A.Allahverənov bildirib ki, hazırda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə vahid aylıq müavinət verilir:
"Sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlərə ayda 33 manat, digər yaşayış yerlərində yaşayan məcburi köçkünlərə isə ayda 60 manat olmaqla vahid aylıq müavinət ödənilir. Eyni zamanda sıx məskunlaşma yerlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin istehlak etdikləri kommunal xidmət xərcləri (elektrik enerjisi, təbii qaz, su və məişət tullantılarının daşınması) dövlət tərəfindən ödənilir".
Onun sözlərinə görə, bu gün məcburi köçkünlərin 81 min 476 nəfəri 33, 415 min 81 nəfəri isə ayda 60 manat olmaqla vahid aylıq müavinət alır:
"Yəni 500 minə yaxın məcburi köçkün dövlətin onlara ayırdığı müavinətdən faydalana bilir. Məcburi köçkünlər öz torpaqlarına qayıtdıqdan sonra da onlar üç il ərzində bu müavinəti ala biləcəklər. Qanuna görə, məcburi köçkünlər hazırda hansı güzəştlərdən yararlana bilirlərsə, öz torpaqlarına qayıtdıqdan sonra da üç il müddətinə o güzəştlərdən istifadə edəcəklər. Üç ildən sonra onlar öz şəxsi təsərrüfatlarını qurduqdan sonra müavinətin verilməsi dayandırılacaq".
Qeyd edək ki, xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər məcburi köçkün hesab olunurlar.
Məcburi köçkünlərin imtiyazlarına gəlincə, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamının 2-ci bəndinə əsasən, məcburi köçkünlərin 1992-1998-ci illərdə mülkiyyət formasından asılı olmayaraq müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması onlar öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək dayandırılıb.
Prezidentin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən, özəl müəssisələrin, ali və orta ixtisas təhsili məktəblərinin rəhbərlərinə tövsiyə olunub ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər.
Ölkə başçısının 2003-cü il 4 avqust tarixli Sərəncamına əsasən dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azaddırlar.
Prezidentin 14 sentyabr 2011-ci il tarixli Sərəncamına uyğun olaraq, 2011/2012-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrinin bakalavr və magistratura təhsil səviyyələrinə yeni qəbul olunmuş və ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Həmçinin orta ümumtəhsil məktəblərində təhsil alan məcburi köçkün şagirdlər dərsliklərlə pulsuz təmin olunurlar. İdarə, müəssisə və təşkilatlarda ştatların və işçilərin sayının ixtisarı zamanı işdə saxlanılmaq üçün üstünlük hüququna malikdirlər.
Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formalı pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısında göstərilən dərman preparatları ilə dövlət büdcəsi vəsaiti hesabına təmin edilirlər. Onlar şəxsiyyət vəsiqələrinin verilməsinə görə rüsumdan, məhkəmələrə iddia ərizəsi ilə müraciətə görə rüsumdan, şərti maliyyə vahidinin 55 misli miqdarınadək olan məbləğin gəlir vergisindən və mənzil və ya ev alqı-satqısı zamanı notarial rüsumlardan azaddırlar.