https://sputnik.az/20211027/general-rovsen-ekberov-10-il-muddetine-azadliqdan-mehrum-edildi-434644196.html
General Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edildi
General Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edildi
Sputnik Azərbaycan
Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. R.Əkbərovun zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə 40 min manat məbləğində vəsait ödəməsi barədə... 27.10.2021, Sputnik Azərbaycan
2021-10-27T17:46+0400
2021-10-27T17:46+0400
2021-10-27T17:49+0400
hərbi
general
rövşən əkbərov
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0f/426471650_0:33:1000:596_1920x0_80_0_0_a75967110b3517aa096adc0c61e15538.jpg
BAKI, 27 oktyabr — Sputnik. Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.Hökmə əsasən, Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. R.Əkbərovun zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə 40 min manat məbləğində vəsait ödəməsi barədə qərar qəbul olunub.Məhkəmə təqsirləndirilən şəxsin hərbi rütbəsi və fəxri adlarının alınmasını zəruri hesab etməyib.Qeyd edək ki, prokuror Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.Həmçinin oxuyun:General-leytenant Rövşən Əkbərovun işi ilə bağlı yenilik varMəhkəmə Vətən müharibəsindən sonra tutulan generalla bağlı qərar verdi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0f/426471650_82:0:919:628_1920x0_80_0_0_58e11e6108090d0998fc4717323c9ee0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
general, rövşən əkbərov
General Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edildi
17:46 27.10.2021 (Yenilənib: 17:49 27.10.2021) Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. R.Əkbərovun zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə 40 min manat məbləğində vəsait ödəməsi barədə qərar qəbul olunub
BAKI, 27 oktyabr — Sputnik. Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.
Hökmə əsasən, Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. R.Əkbərovun zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə 40 min manat məbləğində vəsait ödəməsi barədə qərar qəbul olunub.
Məhkəmə təqsirləndirilən şəxsin hərbi rütbəsi və fəxri adlarının alınmasını zəruri hesab etməyib.
Qeyd edək ki, prokuror Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.