https://sputnik.az/20211027/dn-kibercinayetkarliqlarla-bagli-vetendaslara-muraciet-edib-434638572.html
DİN kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edib
DİN kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edib
Sputnik Azərbaycan
DİN sosial media üzərindən edilən kibercinayətkarlıqlarla bağlı vətəndaşlarımızı diqqətli olmağa çağırır və aşağıda qeyd edilənlərə riayət etmələrini... 27.10.2021, Sputnik Azərbaycan
2021-10-27T16:58+0400
2021-10-27T16:58+0400
2021-10-27T16:58+0400
din
cəmiyyət
hi-tech
kibercinayət
kiber
kibertəhlükəsizlik
kiber hücum
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/15/425262269_107:0:1920:1020_1920x0_80_0_0_192f05ef0b815e022d04956853a9cc89.jpg
BAKI, 27 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, qurum sosial media üzərindən edilən kibercinayətkarlıqlarla bağlı vətəndaşlarımızı diqqətli olmağa çağırır və aşağıda qeyd edilənlərə riayət etmələrini, ümumiyyətlə, internet resurslarında ayıq-sayıq olmalarını xahiş edir:- Mobil və şəhər nömrələrindən zəng edən şəxslərə bank kartlarınızdakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu ("3D secure") heç kəsə təqdim etməyin. Hətta bu, bank əməkdaşı olsa belə;- Sosial media və elan saytları üzərindən satışa çıxardığınız məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin;- İşə qəbul olunmağınızı əsas gətirərək guya "sağlamlıq haqqında arayış" üçün əvvəlcədən hansısa məbləğ tələb edən şəxslərə ödəniş etməyin;- Saxta xarici nömrələrdən, həmçinin virtual nömrələrdən zəng edən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin;- Alqı-satqı saytlarında hər hansı bir mənzili, avtomobili (telefon, geyim əşyaları, mebel və s.) dəyərindən çox aşağı qiymətə elana qoyan şəxslərə alacağınız əmlaka və məhsula baxış keçirmədən beh verməyin;- "Giveaway" adlı yarışların qalibi olduğunuz barədə mesaj alsanız, hədiyyənin çatdırılması (karqo) üçün ödəniş etməyin;- "Xakker", "baxıcı", "faizə pul", "profillərin izlənilməsi" və bu kimi digər səhifələrə müraciət etməyin, hesablarına pul köçürməyin;- Sosial şəbəkələrdəki tanımadığınız, etibar etmədiyiniz səhifələrdən alış-veriş etməyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/15/425262269_364:0:1724:1020_1920x0_80_0_0_9e3a5f84e786941097e62a058cfc7599.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
din, hi-tech, kibercinayət, kiber, kibertəhlükəsizlik, kiber hücum
din, hi-tech, kibercinayət, kiber, kibertəhlükəsizlik, kiber hücum
DİN kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edib
DİN sosial media üzərindən edilən kibercinayətkarlıqlarla bağlı vətəndaşlarımızı diqqətli olmağa çağırır və aşağıda qeyd edilənlərə riayət etmələrini, ümumiyyətlə, internet resurslarında ayıq-sayıq olmalarını xahiş edir.
BAKI, 27 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) kibercinayətkarlıqlarla bağlı vətəndaşlara müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, qurum sosial media üzərindən edilən kibercinayətkarlıqlarla bağlı vətəndaşlarımızı diqqətli olmağa çağırır və aşağıda qeyd edilənlərə riayət etmələrini, ümumiyyətlə, internet resurslarında ayıq-sayıq olmalarını xahiş edir:
- Mobil və şəhər nömrələrindən zəng edən şəxslərə bank kartlarınızdakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu ("3D secure") heç kəsə təqdim etməyin. Hətta bu, bank əməkdaşı olsa belə;
- Sosial media və elan saytları üzərindən satışa çıxardığınız məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin;
- İşə qəbul olunmağınızı əsas gətirərək guya "sağlamlıq haqqında arayış" üçün əvvəlcədən hansısa məbləğ tələb edən şəxslərə ödəniş etməyin;
- Saxta xarici nömrələrdən, həmçinin virtual nömrələrdən zəng edən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin;
- Alqı-satqı saytlarında hər hansı bir mənzili, avtomobili (telefon, geyim əşyaları, mebel və s.) dəyərindən çox aşağı qiymətə elana qoyan şəxslərə alacağınız əmlaka və məhsula baxış keçirmədən beh verməyin;
- "Giveaway" adlı yarışların qalibi olduğunuz barədə mesaj alsanız, hədiyyənin çatdırılması (karqo) üçün ödəniş etməyin;
- "Xakker", "baxıcı", "faizə pul", "profillərin izlənilməsi" və bu kimi digər səhifələrə müraciət etməyin, hesablarına pul köçürməyin;
- Sosial şəbəkələrdəki tanımadığınız, etibar etmədiyiniz səhifələrdən alış-veriş etməyin.