Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

DİM-də ekspert kimi iştirak etmək istəyənlərin nəzərinə - qeydiyyat artıq başlayıb

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Abunə olmaq
"Şəxsi vərəq"in təsdiq edilməsində çətinlik yaranarsa, həmin şəxslər (012) 310-53-16 (daxili nömrə: 1524) telefon nömrəsinə zəng edə və DİM-in regional bölmələri ilə əlaqə saxlaya bilərlər. Regional bölmələrin ünvanları və əlaqə vasitələri DİM-in saytında yerləşdirilib
BAKI, 27 oktyabr — Sputnik. Dövlət İmtahan Mərkəzində (DİM) bakalavriat, magistratura və rezidenturaya qəbul və dövlət qulluğuna işə qəbul üzrə imtahanların məzmunu ilə bağlı materialların (proqramlar, imtahan modelləri və yoxlama-ölçmə materiallarının hazırlanması, ekspertizası, tədris aparılan digər dillərə tərcüməsi) hazırlanmasında, ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərin monitorinqində ekspert kimi iştirak etmək istəyənlərin elektron qeydiyyatına başlanılıb.
Sputnik Azərbaycan xəbər verir ki, qeydiyyat dekabrın 1-i saat 23:59-dək aparılır.
Qeydiyyatdan keçmək istəyənlər DİM-in saytında "Şəxsi kabinet" yaratmalı, bu keçiddən istifadə etməklə, "Şəxsi vərəq"i doldurmalı və təsdiq etməlidir. "Şəxsi vərəq"in təsdiq edilməsində çətinlik yaranarsa, həmin şəxslər (012) 310-53-16 (daxili nömrə: 1524) telefon nömrəsinə zəng edə və DİM-in regional bölmələri ilə əlaqə saxlaya bilərlər.
Regional bölmələrin ünvanları və əlaqə vasitələri DİM-in saytında yerləşdirilib.
Xəbər lenti
0