CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda sabah axşama doğru yağış yağacaq

© Sputnik / Murad OrujovBakıda yağmurlu hava, arxiv şəkli
Bakıda yağmurlu hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Abunə olmaq
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq.
BAKI, 27 oktyabr — Sputnik. Azərbaycan ərazisində oktyabrın 28-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10° isti, gündüz 13-15° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti olacaq.
Xəbər lenti
0