Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda daha 10 dövlət əmlakı özəlləşdirilib

© AFP 2024 / NATALIA KOLESNIKOVABakı
Bakı - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Abunə olmaq
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) "Elektron hərrac" bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
BAKI, 27 oktyabr — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunmuş növbəti hərracda 10 dövlət əmlakı özəlləşdirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilir ki, bunlardan 7-si nəqliyyat vasitəsi, 3-ü isə kiçik dövlət müəssisəsidir. Özəlləşdirilən dövlət əmlakı üzrə 3-ü elektron olmaqla 40 sifariş verilib. Kiçik dövlət müəssisələri İmişli və Yevlax rayonlarında yerləşir.
Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/30SU4lu)
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.
Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) "Elektron hərrac" bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
Xəbər lenti
0