Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycana gətirilən avtomobillərin və telefonların qeydiyyatına görə rüsum artırılır

© AP Photo / Tony DejakAvtomobillər
Avtomobillər - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Abunə olmaq
Dəyişikliklə Azərbaycana gətirilən avtomobillərin və telefonların qeydiyyatı ilə bağlı tutulan dövlət rüsumunun məbləği artırılacaq.
BAKI, 27 oktyabr — Sputnik. Azərbaycana gətirilən avtomobillərin və telefonların qeydiyyatına görə rüsum dəyişdirilir. Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik ediləcək.
Dəyişikliklə Azərbaycana gətirilən avtomobillərin və telefonların qeydiyyatı ilə bağlı tutulan dövlət rüsumunun məbləği artırılacaq.
Qanuna dəyişiklik layihəsi yaxın vaxtlarda parlamentdə müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, "Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri"nin və "Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri"nin təsdiq edilməsi barədə qərar 27 iyul 2018-ci ildə verilib.
Qərara əsasən, "Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi, haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri" (1 saylı əlavə),"Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri" (2 saylı əlavə) təsdiq edilib.
Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərdə müəyyən edilib:
2000 kubsantimetrədək, mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat, 3000 kubsantimetrədək 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat, 4000 kubsantimetrədək 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat, 5000 kubsantimetrədək 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat, 5000 kubsantimetrdən çox olduqda 1500 manat.
Minik avtomobillərinin istehsal tarixindən asılı olaraq, onların dövlət qeydiyyatına alınmasına görə müəyyən olunan dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:
İstehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0, istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8, istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3 manat müəyən edilib.
Mobil cihazlara gəlincə, qərara görə, foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir və mobil cihazın bazar qiyməti 100 ABŞ dollarından çox olmadıqda tətbiq olunurdu.
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilirdi.
Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manata, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda – 60 manat, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat, bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 150 manat.
Qeyd edək ki, həmin qəraradək bazar qiymətindən asılı olmayaraq mobil cihazların qeydiyyata alınmasına görə 5 manat dövlət rüsumu ödənilirdi.
Xəbər lenti
0