https://sputnik.az/20211026/pasinyanin-sulh-ritorikasinin-arxasinda-ne-dayanir-434605050.html
Paşinyanın sülh ritorikasının arxasında nə dayanır?
Paşinyanın sülh ritorikasının arxasında nə dayanır?
Sputnik Azərbaycan
Ermənistan tərəfi sülh naminə atılan addımların qarşısını almaq üçün təxribatlar metodundan hər zaman istifadə edib, lakin bu metod artıq köhnəlib. 26.10.2021, Sputnik Azərbaycan
2021-10-26T17:00+0400
2021-10-26T17:00+0400
2021-10-26T17:00+0400
nikol paşinyan
təhlil
ermənistan
rusiya federasiyası
politoloq arzu nağıyev
azərbaycan və ermənistan arasında müharibə
https://cdnn1.img.sputnik.az/img/07e5/06/14/427270505_0:0:3142:1768_1920x0_80_0_0_3133fd24383f5a377575ba284a1c89c6.jpg
BAKI, 26 oktyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 2022-ci il büdcə layihəsinin müzakirəsi zamanı deyib ki, artıq tədricən sülh şəraitində inkişaf mərhələsinə qədəm qoyulması istiqamətində addımlar atılmalıdır.Paşinyanın sülh ritorikasından istifadə etməsi proseslərin istiqaməti ilə bağlı maraqlı məqamlar yaradır. Hər kəsə bəllidir ki, imzalanacaq mümkün sülh sazişinə qarşı Ermənistandakı revanşist qüvvələr əks mövqedə dayanır. Həmin qüvvələrin Ermənistan cəmiyyətinin fikrinə təsir imkanları isə Paşinyanın addımları ilə davamlı şəkildə neytrallaşdırılır.Sputnik Azərbaycan Paşinyanın sülh mesajlarının arxasında dayanan məqamları araşdırıb. Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və siyasi şərhçi Nazim Cəfərsoy fikirlərini bölüşüb.Millət vəkili Arzu Nağıyev deyib ki, Paşinyanın açıqlamalarına bir neçə aspektdən nəzər salmaq lazımdır: "Rusiya prezidentinin delimitasiya və demarkasiya ilə bağlı səsləndirdiyi fikirlər Ermənistana mesaj idi ki, mütləq şəkildə sülhə getmək lazımdır. Hər hansı kənar qüvvələr bu prosesin qarşısını almaq gücündə deyil. Sülh tək Ermənistan üçün deyil, region üçün əhəmiyyətli məsələdir".Millət vəkili bildirib ki, Paşinyanın açıqlamalarında Rusiyanın təsiri birmənalı şəkildə özünü göstərməkdədir. Onun sözlərinə görə, revanşist qüvvələrin bütün cəhdləri bu müddət ərzində boşa çıxdı: "Paşinyanın açıqlamaları həm də revanşist müxalif qüvvələrə də bir çağırışdır ki, nəyin bahasına olursa olsun, sülh bərqərar olmalıdır. Əks halda, Azərbaycan bunun üçün alternativ həll yoluna əl atacaq"."Paşinyan ona səs verərək sülhü dəstəkləyən vətəndaşların gələcək proseslərdə də onun yanında olacağını başa düşür. Azad edilmiş ərazilərdə görülən işlər, Ermənistanın yenidən müharibə etmək potensialının olmaması bu ölkə rəhbərliyini ayıq şəkildə düşünməyə vadar edir. Ermənistan tərəfi sülh naminə atılan addımların qarşısını almaq üçün təxribatlar metodundan hər zaman istifadə edib, lakin bu metod artıq köhnəlib. Hazırkı şəraitdə ciddi təsir mexanizminə malik deyil", – deyə millət vəkili vurğulayıb.Siyasi şərhçi Nazim Cəfərsoyun fikrincə isə, hələ ötən il qəbul olunmuş üçtərəfli 10 noyabr bəyannaməsi də proseslərin sülh prosesinə doğru gedəcəyini göstərirdi. O hesab edir ki, bu bəyannamə tərəflər arasında dinc münasibətləri tənzimləyən ilk sənəddir: "Rusiyanın vasitəçiliyi, Türkiyənin aktiv iştirakı ilə biz bu prosesi görürük. Bu proses həm də Cənubi Qafqazda Rusiya-Türkiyə əməkdaşlığının yeni formasını göstərir. Amma keçən bir ilə yaxın müddət ərzində prosesin nə qədər davamlı olacağı ilə bağlı suallar vardı. Mən düşünürəm ki, rəsmi Kreml xarici siyasətinin yeni konsepsiyasını mövcud şərtlərə uyğun düzənləyir".Siyasi şərhçi bildirir ki, Rusiya müharibədən sonra verdiyi bütün açıqlamalarda Cənubi Qafqazda artıq yeni bir səhifənin açılacağına vurğu edir. O qeyd edib ki, Ermənistandakı revanşist qüvvələr uzun müddət buna müqavimət göstərməyə çalışsalar da, Rusiyadan gələn təpkilərdən sonra bunun anlamsız olduğunu başa düşdülər və vaxtı uzatmağa cəhdlər etdilər: "Paşinyan bəzən davranışları ilə sülh müqaviləsi imzalanmasında maraqlı olmadığını göstərsə də, bunlar taktiki gedişlər idi. Ermənistanda hakimiyyətə Koçaryan da gəlsəydi, sülh müqaviləsi imzalamaq məcburiyyətində qalacaqdı. Erməni mətbuatında da sülh sazişi ilə bağlı verilən açıqlamalar da proseslərin inkişaf istiqamətlərini göstərir. Ancaq sülh müqaviləsinin konkret nə vaxt imzalanacağı ilə bağlı tarix açıqlamaq çətindir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/14/427270505_281:0:3010:2047_1920x0_80_0_0_244faa67227cf37f197814f776cdc12b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nikol paşinyan, ermənistan, rusiya federasiyası, politoloq arzu nağıyev, azərbaycan və ermənistan arasında müharibə
nikol paşinyan, ermənistan, rusiya federasiyası, politoloq arzu nağıyev, azərbaycan və ermənistan arasında müharibə
Paşinyanın sülh ritorikasının arxasında nə dayanır?
Ermənistan tərəfi sülh naminə atılan addımların qarşısını almaq üçün təxribatlar metodundan hər zaman istifadə edib, lakin bu metod artıq köhnəlib.
BAKI, 26 oktyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 2022-ci il büdcə layihəsinin müzakirəsi zamanı deyib ki, artıq tədricən sülh şəraitində inkişaf mərhələsinə qədəm qoyulması istiqamətində addımlar atılmalıdır.
Paşinyanın sülh ritorikasından istifadə etməsi proseslərin istiqaməti ilə bağlı maraqlı məqamlar yaradır. Hər kəsə bəllidir ki, imzalanacaq mümkün sülh sazişinə qarşı Ermənistandakı revanşist qüvvələr əks mövqedə dayanır. Həmin qüvvələrin Ermənistan cəmiyyətinin fikrinə təsir imkanları isə Paşinyanın addımları ilə davamlı şəkildə neytrallaşdırılır.
Sputnik Azərbaycan Paşinyanın sülh mesajlarının arxasında dayanan məqamları araşdırıb. Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və siyasi şərhçi Nazim Cəfərsoy fikirlərini bölüşüb.
Millət vəkili Arzu Nağıyev deyib ki, Paşinyanın açıqlamalarına bir neçə aspektdən nəzər salmaq lazımdır: "Rusiya prezidentinin delimitasiya və demarkasiya ilə bağlı səsləndirdiyi fikirlər Ermənistana mesaj idi ki, mütləq şəkildə sülhə getmək lazımdır. Hər hansı kənar qüvvələr bu prosesin qarşısını almaq gücündə deyil. Sülh tək Ermənistan üçün deyil, region üçün əhəmiyyətli məsələdir".
Millət vəkili bildirib ki, Paşinyanın açıqlamalarında Rusiyanın təsiri birmənalı şəkildə özünü göstərməkdədir. Onun sözlərinə görə, revanşist qüvvələrin bütün cəhdləri bu müddət ərzində boşa çıxdı: "Paşinyanın açıqlamaları həm də revanşist müxalif qüvvələrə də bir çağırışdır ki, nəyin bahasına olursa olsun, sülh bərqərar olmalıdır. Əks halda, Azərbaycan bunun üçün alternativ həll yoluna əl atacaq".
"Paşinyan ona səs verərək sülhü dəstəkləyən vətəndaşların gələcək proseslərdə də onun yanında olacağını başa düşür. Azad edilmiş ərazilərdə görülən işlər, Ermənistanın yenidən müharibə etmək potensialının olmaması bu ölkə rəhbərliyini ayıq şəkildə düşünməyə vadar edir. Ermənistan tərəfi sülh naminə atılan addımların qarşısını almaq üçün təxribatlar metodundan hər zaman istifadə edib, lakin bu metod artıq köhnəlib. Hazırkı şəraitdə ciddi təsir mexanizminə malik deyil", – deyə millət vəkili vurğulayıb.
Siyasi şərhçi Nazim Cəfərsoyun fikrincə isə, hələ ötən il qəbul olunmuş üçtərəfli 10 noyabr bəyannaməsi də proseslərin sülh prosesinə doğru gedəcəyini göstərirdi. O hesab edir ki, bu bəyannamə tərəflər arasında dinc münasibətləri tənzimləyən ilk sənəddir: "Rusiyanın vasitəçiliyi, Türkiyənin aktiv iştirakı ilə biz bu prosesi görürük. Bu proses həm də Cənubi Qafqazda Rusiya-Türkiyə əməkdaşlığının yeni formasını göstərir. Amma keçən bir ilə yaxın müddət ərzində prosesin nə qədər davamlı olacağı ilə bağlı suallar vardı. Mən düşünürəm ki, rəsmi Kreml xarici siyasətinin yeni konsepsiyasını mövcud şərtlərə uyğun düzənləyir".
Siyasi şərhçi bildirir ki, Rusiya müharibədən sonra verdiyi bütün açıqlamalarda Cənubi Qafqazda artıq yeni bir səhifənin açılacağına vurğu edir. O qeyd edib ki, Ermənistandakı revanşist qüvvələr uzun müddət buna müqavimət göstərməyə çalışsalar da, Rusiyadan gələn təpkilərdən sonra bunun anlamsız olduğunu başa düşdülər və vaxtı uzatmağa cəhdlər etdilər:
"Paşinyan bəzən davranışları ilə sülh müqaviləsi imzalanmasında maraqlı olmadığını göstərsə də, bunlar taktiki gedişlər idi. Ermənistanda hakimiyyətə Koçaryan da gəlsəydi, sülh müqaviləsi imzalamaq məcburiyyətində qalacaqdı. Erməni mətbuatında da sülh sazişi ilə bağlı verilən açıqlamalar da proseslərin inkişaf istiqamətlərini göstərir. Ancaq sülh müqaviləsinin konkret nə vaxt imzalanacağı ilə bağlı tarix açıqlamaq çətindir".