https://sputnik.az/20211026/narkotik-vasitelerin-satisi-ile-mesgul-olan-sexsler-saxlaniliblar-434607502.html
Narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar
Narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar
Sputnik Azərbaycan
Saxlanılan şəxslərin ətraflarında Pirallahı Rayon Polis Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir. 26.10.2021, Sputnik Azərbaycan
2021-10-26T19:16+0400
2021-10-26T19:16+0400
2021-10-26T19:20+0400
cəmiyyət
narkotik
polis
pirallahı
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424823620_0:0:2371:1335_1920x0_80_0_0_c0936599681c559a1f274e1e996e66d9.jpg
BAKI, 26 oktyabr — Sputnik. Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Əmiraslan Əmiraslanov tutularaq istintaqa təqdim edilib.Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, üzərində şəxsi axtarış aparılan zaman ondan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik maddələri tanışı Rahil adlı şəxsdən aldığını bildirib.Əməliyyat tədbirlərinin davamı olaraq Pirallahıda narkotik vasitələrin satışı ilə məşğul olan qəsəbə sakini Rahil Quliyev də saxlanılıb. Onun üzərində və yaşadığı evdə axtarış aparılan zaman satış üçün bükümlər formasında qablaşdırdığı külli miqdarda heroin və metamfetamin aşkar edilib. Rahil Quliyev ifadəsində Pirallahı və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.Faktlarla bağlı saxlanılan şəxslərin ətraflarında Pirallahı Rayon Polis Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424823620_143:0:2243:1575_1920x0_80_0_0_458d98afa596e8b35c9b997a664658b6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, polis, pirallahı
narkotik, polis, pirallahı
Narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar
19:16 26.10.2021 (Yenilənib: 19:20 26.10.2021) Saxlanılan şəxslərin ətraflarında Pirallahı Rayon Polis Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
BAKI, 26 oktyabr — Sputnik. Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Əmiraslan Əmiraslanov tutularaq istintaqa təqdim edilib.
Daxili İşlər Nazirliyindən
Sputnik Azərbaycan-a verilən məlumata görə, üzərində şəxsi axtarış aparılan zaman ondan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik maddələri tanışı Rahil adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq Pirallahıda narkotik vasitələrin satışı ilə məşğul olan qəsəbə sakini Rahil Quliyev də saxlanılıb. Onun üzərində və yaşadığı evdə axtarış aparılan zaman satış üçün bükümlər formasında qablaşdırdığı külli miqdarda heroin və metamfetamin aşkar edilib. Rahil Quliyev ifadəsində Pirallahı və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktlarla bağlı saxlanılan şəxslərin ətraflarında Pirallahı Rayon Polis Şöbəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.