Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ermənilərin atəşi nəticəsində Goranboy və Naftalanda dağılan evlər bərpa olunur

© Sputnik / Rahim MammadovNaftalanda bərpa edilən ev
Naftalanda bərpa edilən ev - Sputnik Azərbaycan, 1920, 26.10.2021
Abunə olmaq
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında qısa zaman ərzində Goranboyda 366 tikili təmir-bərpa olunub, 4 yaşayış evi tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib.
BAKI, 26 oktyabr - Sputnik. Azərbaycan ordusu 44 günlük müharibədə günbəgün qələbəyə yaxınlaşdıqca, Ermənistan silahlıları hərbi obyektlərdən kənarda yerləşən yaşayış məntəqlərimizi hədəf seçirdilər. Rayonlara, kəndlərə, mərmilər yağdıraraq infrastrukturu məhv edir, insanlara ziyan vururdular.
Ermənilərin açdığı atəş nəticəsində zərər görən rayonlardan biri də Goranboy idi. Sputnik Azərbaycan xəbər verir ki, bu rayonda Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində 5 yaşayış evi dağıdılıb, 373 tikiliyə zərər dəyib.
Dövlət başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında qısa zaman ərzində görülmüş işlər nəticəsində 366 tikili təmir-bərpa olunub, 4 yaşayış evi tamamilə yenidən tikilərək sakinlərə təqdim edilib.
© Sputnik / Rahim MammadovGoranboyda bərpa edilən ev
Goranboyda bərpa edilən evlər - Sputnik Azərbaycan, 1920, 26.10.2021
Goranboyda bərpa edilən ev
Yeni mənzil sahibi olan Zeyvə kənd sakini Hikmət Qədimov Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində yeni tikilən mənzillərin şəraitli, daha müasir olduğunu bildirib:

“Müharibə vaxtı mənim həyətimə də mərmi düşüdü, evimiz darmadağın oldu. Belə vəziyyət bizi qorxutmurdu, ancaq qələbə xəbərlərini axtarırdıq televiziyada, radioda. Qəhrəman oğullarımız işğalda olan torpaqları azad etdilər. Çox saq olsun cənab prezident göstəriş verdi, tez bir zamanda yeni 5 otaqlı ev tikdilər. Kənddə yaşasaqda şəhərdəki evlər kimi şəraitimiz var. Məndən soruşanda deyirəm ki, yeni evlər Avropa tiplidi çox gözəl inşa olunub. Ölkə rəhbərimizə minnətdaram.”

Ermənistan silahlılarının ziyan vurduğu şəhərlər arasında Naftalanda da vardır. Şəhərin Qaşaltı Qarqoyunlu kəndində atılan mərmi bir ailənin 5 üzvünü həlak olması ilə nəticələnib. Mərminin təsirindən mənzil dağılaraq yarasız hala düşüb. Hazırda həmin evin yerində yenisi inşa edilir. Həmçinin kə 2 tikili üzrə təmir-bərpa işləri yekunlaşıb.
Ümumilikdə müharibə zamanı 11 şəhər və rayon ərazisində 13000-dən çox tikiliyə ziyan dəyib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında hazırki mərhələdə 11300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb.
Xəbər lenti
0