CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı açıqlandı

© Official website of President of Azerbaijan RepublicYaşayış kompleksinin tikinitisi, arxiv şəkli
Yaşayış kompleksinin tikinitisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.10.2021
Abunə olmaq
İndiyə qədər 234,128 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1092 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
BAKI, 26 oktyabr — Sputnik. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKFZ) xətti ilə 2021-ci ilin 10 ayı ərzində vətəndaşlara Fondun fəaliyyət dövrü ərzində illər üzrə ən yüksək məbləğdə və sayda ipoteka krediti verilib.
Fondun məlumatına görə, cari ilin yanvar ayından bu günədək müvəkkil banklar tərəfindən 4538 sayda 300 mln. manat məbləğində ipoteka kreditinin verilməsi təmin edilib.
Ümumilikdə, 2006-cı ildən bu günədək Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1,940 mlrd. manatı, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 36 mini ötüb.
***
Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 36004 borcalana 1940,323 milyon manat kredit verib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Fondun məlumatında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 234,128 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1092 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Xatırladaq ki, İKZF 2017-ci ilin sonunda "Azərbaycan İpoteka Fondu" və "Kredit Zəmanət Fondu" ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.
Həmçinin oxuyun:
Ekspert əmlak bazarındakı son vəziyyətdən danışdı
Xəbər lenti
0