Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bir az çiskin, bir az yağış - sabahın hava proqnozu

© AP Photo / Anupam NathBuludlu hava, arxiv şəkli
Buludlu hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.10.2021
Abunə olmaq
Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Sabahkı hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli hesab olunur.
BAKI, 26 oktyabr — Sputnik. Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-14° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər Lənkəran-Astara zonasında çiskinli olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.
Sabahkı hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişli hesab olunur.
Xəbər lenti
0