Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

"AzerGold" gənc geoloq və metallurqlar üçün müsabiqə keçirir

© AFP 2023 / FRED DUFOURСтуденты сдают экзамен, фото из архива
Студенты сдают экзамен, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.10.2021
Abunə olmaq
Müsabiqəyə elan dərc edildikdən sonra (26 oktyabr 2021) start verilir. Müraciət üçün son tarix 5 noyabr 2021-ci ildir.
BAKI, 26 oktyabr — Sputnik. "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) dağ-mədən sahəsi üzrə təhsil alan ali məktəb tələbələri üçün "Təqaüd proqramı" müsabiqəsi elan edir.
Qurumdan Sputnik Azərbaycan-a verilən xəbərə görə, Səhmdar Cəmiyyətin strateji layihələrinin vaxtında və lazımi kadrlar ilə təmin edilməsi məqsədilə təsis edilən təqaüd Azərbaycanda faəliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri arasında keçiriləcək müsabiqə əsasında təqdim olunacaq.
Müsabiqədə 2021-2022-ci tədris ili üzrə ali məktəblərin bakalavr və magistr səviyyəsinin sonuncu kursunda Dağ-mədən mühəndisliyi, Geologiya və Metallurgiya sahələri üzrə əyani təhsil alan, Azərbaycan vətəndaşı olan tələblər iştirak edə bilərlər. Müsabiqə iki – test imtahanı və müsahibə mərhələsindən ibarətdir.
Təqaüd komissiyası tərəfindən aparılan qiymətləndirmə zamanı test imtahanında ən çox bal toplayan 20 namizəd müsahibəyə buraxılacaq.
Növbəti mərhələdə hər bir namizədin hazırlığı müvafiq qiymətləndirmə meyarlarına uyğun olaraq müəyyən ediləcək. Yekunda müsabiqəni uğurla keçən 10 nəfər tələbə Təqaüd proqramına cəlb edilərək müvafiq təltifnamə və 9 ay müddətində hər ay 200 AZN olmaqla təqaüd əldə edəcək. Proqramda iştirak edən tələbələrin Səhmdar Cəmiyyətdə təcrübə proqramlarında iştirakı və məzun olduqdan sonra müvafiq vəzifələr üzrə işlə təmin edilməsi nəzərdə tutulur.
Təqaüd proqramı layihəsi və müsabiqənin şərtləri ilə ətraflı tanış olmaq üçün "AzerGold" QSC-nin rəsmi veb saytında (azergold.az) "Karyera" bölməsində yaradılan "Təqaüd proqramı" altbölməsinə daxil ola bilərsiniz. Müsabiqədə iştirak etmək üçün sözügedən altbölmədəki müraciət formasını doldurmaq tələb olunur.
Qeyd edək ki, müsabiqəyə elan dərc edildikdən sonra (26 oktyabr 2021) start verilir. Müraciət üçün son tarix 5 noyabr 2021-ci ildir.
Xəbər lenti
0