https://sputnik.az/20211026/azerbaycanda-yeni-seysmik-stansiya-qurasdirilib-434597791.html
Azərbaycanda yeni seysmik stansiya quraşdırılıb
Azərbaycanda yeni seysmik stansiya quraşdırılıb
Sputnik Azərbaycan
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən artıq İsmayıllı və Daşkəsən rayonlarında seysmik stansiyaların seçilmiş yerlərdə... 26.10.2021, Sputnik Azərbaycan
2021-10-26T15:45+0400
2021-10-26T15:45+0400
2021-11-01T12:28+0400
zəlzələ
azərbaycan xəbərləri
ukrayna
amea
seysmoloji xidmət mərkəzi
respublika seysmoloji xidmət mərkəzi
seysmoloji stansiya
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426236643_0:84:1601:984_1920x0_80_0_0_14cc1718c87afc682ab46589fa5b4507.jpg
BAKI, 26 oktyabr — Sputnik. Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən "Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi" (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir.Sputnik Azərbaycan-ın AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbərinə görə, artıq Tovuz rayonunda seysmik stansiyanın quraşdırılma işləri başa çatdırılıb.Qeyd edək ki, mərkəzin əməkdaşları tərəfindən artıq İsmayıllı və Daşkəsən rayonlarında seysmik stansiyaların seçilmiş yerlərdə quraşdırılması üçün ilkin bünövrə işləri görülüb. Hazırda hər iki rayonda və palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırılması istiqamətində işlər davam etdirilir.Xatırladaq ki, "Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi" (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda 22 seysmik stansiya quraşdırılacaq. Bununla da respublika ərazisində fəaliyyət göstərən seysmik stansiyaların sayı 84-ə çatacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426236643_88:0:1511:1067_1920x0_80_0_0_51c36d3f96dff5e8cdb1acfd576b1544.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ, ukrayna, amea, seysmoloji xidmət mərkəzi, respublika seysmoloji xidmət mərkəzi, seysmoloji stansiya
zəlzələ, ukrayna, amea, seysmoloji xidmət mərkəzi, respublika seysmoloji xidmət mərkəzi, seysmoloji stansiya
Azərbaycanda yeni seysmik stansiya quraşdırılıb
15:45 26.10.2021 (Yenilənib: 12:28 01.11.2021) AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən artıq İsmayıllı və Daşkəsən rayonlarında seysmik stansiyaların seçilmiş yerlərdə quraşdırılması üçün ilkin bünövrə işləri görülüb.
BAKI, 26 oktyabr — Sputnik. Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən "Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi" (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir.
Sputnik Azərbaycan-ın AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbərinə görə, artıq Tovuz rayonunda seysmik stansiyanın quraşdırılma işləri başa çatdırılıb.
Qeyd edək ki, mərkəzin əməkdaşları tərəfindən artıq İsmayıllı və Daşkəsən rayonlarında seysmik stansiyaların seçilmiş yerlərdə quraşdırılması üçün ilkin bünövrə işləri görülüb. Hazırda hər iki rayonda və palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırılması istiqamətində işlər davam etdirilir.
Xatırladaq ki, "Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi" (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda 22 seysmik stansiya quraşdırılacaq. Bununla da respublika ərazisində fəaliyyət göstərən seysmik stansiyaların sayı 84-ə çatacaq.