DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qırğızıstan prezidenti Azərbaycan səfiri ilə görüşüb

© Sputnik Akyilbek Batyirbekov / Mediabanka keçidВид на ночной Бишкек
Вид на ночной Бишкек - Sputnik Azərbaycan, 1920, 25.10.2021
Abunə olmaq
Dövlət başçısı Azərbaycanın Qırğız Respublikasının mühüm tərəfdaşı olduğunu və ölkələr arasında münasibətlərin ortaq tarix, mədəniyyət, dil, mənəvi və dini dəyərlərdən irəli gələn möhkəm dostluq və qardaşlıq tellərinə əsaslandığını vurğulayıb.
BAKI, 25 oktyabr — Sputnik. Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.
S.Japarov və H.Orucov iki ölkə arasında münasibətlərin aktual məsələlərini müzakirə ediblər. Dövlət başçısı Azərbaycanın Qırğız Respublikasının mühüm tərəfdaşı olduğunu və ölkələr arasında münasibətlərin ortaq tarix, mədəniyyət, dil, mənəvi və dini dəyərlərdən irəli gələn möhkəm dostluq və qardaşlıq tellərinə əsaslandığını vurğulayıb.
Prezident S.Jafarov H.Orucova möhkəm cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb, habelə salamlarını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib.
H.Orucov dövlət başçısına minnətdarlığını bildirib və Azərbaycan Prezidenti İlham Əliyevin qardaş qırğız xalqına ən xoş arzularını çatdırıb.
Hidayət Orucov, həmçinin Qırğız Respublikası ilə Azərbaycan arasında əməkdaşlığın daha da ritmik inkişafına, dərinləşməsinə və genişlənəcəyinə əminliyini ifadə edib.
Xəbər lenti
0